Təhlükə var: Hündürlükdə görülən işlər dayandırılmalıdır!
"Hündürlükdə aparılan tikinti işləri zamanı həm işçilərin yıxılıb xəsarət alma riski, həm də materialların aşağıda hərəkət edən insanlara, maşınlara, ətraf mühitə zərər vermə riski yüksəkdir. Bu riski azaltmaq üçün mütləq öncədən təhlükəsizlik tədbirləri işlənib hazırlanmalı və təşkil olunmalıdır".
Bu fikirləri "Yeni Sabah"a texniki təhlükəsizlik eksperti Orxan Musayev hündürlükdəki təmir-tikinti işləri zamanı edilməsi vacib olan tədbirləri şərh edərkən bildirib. Ekspert bir sıra məqamlara aydınlıq gətirib:
"Hündürlükdə işlərin təhlükəsiz icrası üçün ölkəmizdə 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunan hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları mövcuddur. Hündürlükdə icra edilən bütün növ işlər, onlara dair tələblər, təhlükəsizliyin təşkili bu qaydaların tələbləri əsasında həyata keçirilməlidir. Hündürlükdə təmir-tikinti işləri icra olunarkən, dəmir konstruksiyaların, ayaqaltıların, avadanlıq və mexanizmlərin, kranların saz vəziyyətdə olması barədə dövrü yoxlamadan keçirilməsi təşkil olunmalıdır. Bütün bu öhdəliklər sahibkarın üzərindədir. Sahibkar şəxs təmir işləri aparılan məkanda qoruyucu hasarların olmasını təmin etməlidir. Bu hasarlar aşağıya düşən əşyaların qarşısını alır. Tikinti işləri icra olunan ərazilərdə müxtəlif təmir materiallarının insanlara xəsarət yetirməməsi üçün həmçinin, xüsusi torlar quraşdırılmalıdır. İş ərazisi xüsusi təhlükəli zonalara ayrılmalı, risklər qiymətləndirilməlidir. Bütün bunları nəzərdən keçirəndən sonra ərazidə xüsusi təhlükəsizlik nişanları quraşdırılmalı, aparılan işlər standart və normalara uyğun həyata keçirilməlidir. İş yeri daim təmiz saxlanmalıdır, eyni zamanda dəmir konstruksiyaların üzərində hərəkət üçün hər hansısa bir maneə olmamalıdır. İstifadə olunmayan material və tullantılar təhlükəsiz formada yerləşdirilməlidir. Tikinti materiallarının yuxarıda saxlanılması doğru deyil. İşdən sonra onlar aşağıya daşınsa, bu daha təhlükəsiz olar. Çünki hündürlükdən düşən hər bir əşya öz çəkisini dəfələrlə dəyişir və artırır. Bu səbəbdən kiçik həcmli olsa belə, insana ölümcül xəsarət yetirmə ehtimalı yüksəkdir. Bu çox həssas məsələdir. Təcrübədə bu cür hadisələrdə ölüm halları hər il kifayət qədər qeydə alınır. Küləyin sürəti 10 metr saniyədən artıq olarsa, hündürlük olan dəmir konstruksiyaların quraşdırılması dayandırmaq lazımdır. Əgər bu sürət 15 metr saniyədən çoxdursa, ümumiyyətlə, hündürlükdə görülən bütün işlər sonlandırılmalıdır".
Təhlükəsizlik üzrə mütəxəssis, ekspert Elmar Nurəliyev isə qeyd edib ki, tikinti sahəsi təhlükə potensialı yüksək olan sahədir:
"Burada bütün təhlükəsizlik norma və standartlarına əməl etmək lazımdır. Tikinti sahəsində təhlükəsiz əmək şəraiti qurulmalıdır. Elə etmək lazımdır ki, həm burada çalışanlar, həm də tikinti ərazisinin yaxınlığından keçən insanlar üçün, eyni zamanda nəqliyyat vasitələri və burada olan əmlaklara, ətraf mühitə hər hansı bir təhlükə riski yaranmasın, xoşagəlməz hal baş verməsin. Hündürlükdə iş, ağır tonnajlı nəqliyyat vasitələri, kimyəvi vasitələr, qaldırıcı kranlar və s. bunların hər birinin təhlükə riski var. Ona görə də sadalananların təhlükəsiz istismarını həyata keçirmək lazımdır. Tikinti ərazisində fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməlidir. Bu sahəyə kənar şəxslərin girişi mütləq şəkildə məhdudlaşdırılmalıdır. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, 1,8 metrdən yuxarıda görülən işlər hündürlükdə icra olunan işlər sayılır. Belə olan zaman təhlükəsizlik tədbirlərinin nəzərə alınması mütləqdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar