Bakıda COP29 çərçivəsində dini liderlər sammiti keçiriləcək
Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib.
Bununla bağlı Şuranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən növbəti iclasında bildirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
QMİ-dən bildirilib ki, tədbir iştirakçıları ötən il Abu Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd ediblər.
Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər.
Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq