Estoniyada qış şəraitində NATO hərbi təlimləri keçirilib

Estoniyada qış şəraitində NATO hərbi təlimləri keçirilibNATO qoşunları Estoniyada illik təlimlərini kəskin hava şəraitində keçirib.

Bu barədə ERR dövlət teleradio portalı məlumat yayıb.

Məlumata görə, "Talvelaager" ("Qış düşərgəsi") adlanan təlimlər Estoniya Müdafiə Qüvvələrinin Tapa şəhəri yaxınlığındakı Mərkəzi poliqonunda keçirilib və 1 000-dən çox hərbçi iştirak edib. Bildirilir ki, "piyada və mexanikləşdirilmiş hissələrin qış şəraitində döyüş əməliyyatlarına hazırlığının sınağına yönəlmiş manevrlər" həyata keçirilib.

"Belə şəraitdə döyüşmək seçimimiz olsaydı, çox güman ki, bunu etməzdik. Amma biz buna hazır olmalıyıq", - NATO-nun döyüş qrupunun komandiri Ceyms Fern təlimləri şərh edərkən deyib. Qeyd olunur ki, təlimlərin bəzi günlərində havanın temperaturu mənfi 16 dərəcəyə çatıb.

"Hava həm avadanlıqlara, həm də insanlara təsir edir - bizim maşınlarımız işə başlamaqda çətinlik çəkir", - Fern bildirib.

Birinci Piyada Briqadasının komandiri Andrus Merilonun sözlərinə görə, builki təlim əvvəlkilərdən fərqli olaraq, "bütün iştirakçılar simulyasiya sistemləri ilə təchiz edilib ki, bunun sayəsində əsgərlər onların nə vaxt atəşə məruz qaldığını və ya vurulduğunu dəqiq müəyyənləşdirə biləcəklər".

"Tanklar və zirehli personal daşıyıcıları da bu simulyasiya sistemi ilə təchiz olunub, yəni burada baş verən hər şey təlim şəraitində mümkün qədər realdır", - Merilo qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 850   Tarix: 11 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin

28 sentyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy

28 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi

Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu

28 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr