Kolumbiyada həbsxanalarda fövqəladə vəziyyət elan edilib

Kolumbiyada həbsxanalarda fövqəladə vəziyyət elan edilib"Kolumbiya hökuməti həbsxana işçilərinə qarşı hücumların artması ilə əlaqədar ölkənin penitensiar sistemində fövqəladə vəziyyət elan edib".

Bunu ölkənin ədliyyə və hüquq naziri Nestor Osuna mətbuat konfransında bildirib.

"Biz bütün ölkədə penitensiar sistemdə fövqəladə vəziyyət elan etmişik. Bu vəziyyət qismən də milli penitensiar və həbsxana qurumlarının əməkdaşlarına qarşı təhdidlərin artması və ölkənin müxtəlif yerlərində son bir neçə gündə baş verən mühafizəçi qətlləri ilə əlaqədardır", - deyə o qeyd edib.

Osuna həbsxanalarda qəsb hallarının artdığını da etiraf edib. "Fövqəladə vəziyyətin tətbiqində məqsəd mühafizəçilərin həyatını qorumaq və onların sakit işləməsi üçün şəraiti təmin etmək, habelə hədə-qorxu ilə tələblərə qarşı mübarizə tədbirlərini gücləndirməkdir", - deyə nazir əlavə edib.

Tədbirlərdən biri həbsxanaların yaxınlığında mobil telefon siqnallarının bloklanması olacaq.

Son ayda Kolumbiyada həbsxana divarları xaricində ədliyyə zabitlərinə qarşı bir neçə hücum olub./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 658   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İran BMT-də nüvə silahları ilə bağlı yekun sənədin təsdiqlənməsinə mane olub

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) on birinci İcmal Konfransı Nyu-Yorkda BMT binasında üç həftəlik müzakirə və araşdırmalardan sonra heç bir nəticə əldə olunmadan öz işini başa çatdırıb. "Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X"

24 may
.

Rusiya Kiyev vilayətini "Oreşnik" ballistik raketi ilə vurub

Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə zərbə endiriblər. "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqna

24 may
.

ABŞ ordusunda hərbçilərin sayını artırır

ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi

24 may
.

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı əfsanəvi firon heykəlinin ikinci hissəsi aşkarlanıb. Tapıntı alimlər tərəfindən son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin məlumatına görə, 2024-cü ilin yanvarında Qahirənin cənubundak

25 may
.

Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur

ABŞ-nin Kentukki ştatının Uilyamstaun qəsəbəsində, İncildə bəhs edilən ölçülərə uyğun olaraq 100 milyon dollar büdcə ilə inşa edilən nəhəng Nuhun Gəmisi parkı - "Ark Encounter" iyulun 7-də qapılarını ziyarətçilərin üzünə açır. Restoran və zoopark kimi də fəaliyyət göstərəcək bu nəhəng layihəy

24 may
.

Wi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır

Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur. Qaynarinfo xəbər verir ki, bu barəd

25 may
.

Günəşdə güclü partlayışlar gözlənilir

Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "26 və 27 may tarixlərində Günəşd

26 may
.

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOlar

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. İşıqlandırma mərasimi Diasporla İş üzrə Dövlət Komitəsini

27 may
.

Pakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada

24 may