Bakıda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub - FOTO
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı bəzi detallar bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.
Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib. Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.
Əhməd atasının təklifinə əsəbiləşib və "mən getmirəm, istəyirsən, özün get" cavabını verib.
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib. O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb.
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb. Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb. Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4718 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrBakı sakininin maşını Şuşada minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
28 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrUşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli
24 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabr