Əhməd şizofreniyanın hansı formasını daşıyır? - ARAŞDIRMA

Əhməd şizofreniyanın hansı formasını daşıyır? - ARAŞDIRMAXəbər verdiyimiz kimi, Bakıda 25 yaşlı Əhmədov Əhməd Mehman oğlu ailə üzvlərini - ata-anasını, qardaşını və bacısı ilə onun azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib. Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Burada maraqlı bir məqam yaranır. Bu cür psixoloji problemləri olan insan hansı xəstəliyin əlamətini daşıyır?

Məsələ ilə bağlı, psixoloq Gülər Məmmədova və "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az-a açıqlama verib. Psixoloq Gülər Məmmədova bildirib ki, ölkədə baş verən hadisə vətəndaş olaraq hamımızı sarsıdıb:
Əhməd şizofreniyanın hansı formasını daşıyır? - ARAŞDIRMA"Əhməd Əhmədovun psixi vəziyyətindəki problemlər əvvəlcədən nəzərə alınıb. Sadəcə insanlar bunun ciddiliyinə əhəmiyyət verməyiblər. Əslində daha dərindən düşünməyiblər ki, bu insan hər hansı bir ağır hadisəni törədə biləcək vəziyyətdə ola bilər. Məhz bu cür psixi pozuntusu olan insanların affekt halı olur. Onların beyni məhz qətli yerinə yetirmək üçün işləyir. Yəni beyinlərində tutduğu planı nə zamansa həyata keçirmək istəyirlər. Bu pozuntudan əziyyət çəkənlər cəmiyyətə və doğmalarına çox ciddi təhlükə törədə biləcək insanlardır. Bu insanların psixiatrik cəhətdən həkim tərəfindən diaqnoz qoyulmuşsa, o insan daim nəzarətdə qalmalıdır və dərman terapiyası ilə məşğul olmalı idi. Təəssüf olsun ki ailə üzvlərinin də bir o qədər ciddi yanaşmaması belə bir hadisənin baş verməsinə səbəb oldu. Onsuzda bu cür insanlar davranışlarında özünü büruzə verirlər. Belə insanların qeyri-adekvat və rasional olmayan davranışları olur. Baxışlarında və ünsiyyətində doğmaları belə bunu sezir. Bu psixi pozuntunun əlamətidir. Bu şəxsiyyət pozuntusudur. O cür insanlardir ki, ağıllarında tutduğu hərəkəti doğru hesab edirlər. Təxəyyüllərində nə yaradırlarsa onu da həyata keçirirlər. Sonra deyə bilərlər ki, həmin an özümdə deyildim. Amma bu qədər hərəkəti, ailənin 5 üzvünü qətlə yetirən insan birmənalı şizofreniyadan əziyyət çəkib. Özü də şizofreniyanın ən ağır formasını daşıyan insanın cəmiyyətdə rahat gəzməsi və valideynlərin razı olması çox təəccüb doğurub. Bu hallar sezilməli idi. Bu hərəkətə yol verən insanın əvvəlki davranışları da adekvat ola bilməzdi. Sadəcə olaraq göz yumulub və heç nə etməyəcəyini düşünüblər. Bu cür şəxslərin ortalıqda gəzməsi cəmiyyətdə insan üçün təhlükə doğurur".

"Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, Bu çox ciddi məsələdir. Bu insanın əvvəl dəlilik kağızı olub, ağır cinayətləri törədib və Rusiyaya qaçıb. Eyni zamanda sənədlərdə təmizləmə işləri aparıb. Cəmiyyətdə sağlam adam kimi yaşayır və həyatına davam edib:
Əhməd şizofreniyanın hansı formasını daşıyır? - ARAŞDIRMA"Bunlar hamısı istintaqın prosessual araşdırmalarından kənara qalmayacaq. Bu incəliklər əlbəttə nəzərə alınacaq. Təbii ki, həmin şəxs ədalətli qaydada məhkəmə məsuliyyətinə cəlb olunacaq. Əgər bu adamın hətta dəlilik kağızı varsa belə, sağlam həyat yaşayıbsa və yaxud bu hadisələri törədən zaman anlaqsız vəziyyətdə olmuşdusa, yenə bu insan cinayət məsuliyyətinə cəlb olunacaq. Məhkəmə buna cəza təyin edən zaman anlaqsız vəziyyətdə olduğuna dair şübhə yaranarsa, istintaq zamanı belə hallar aşkarlanarsa məhkəmə-psixiatriya ekspertizasının təyin olunması ilə bağlı qərar qəbul edilə bilər. Hətta məhkəmə-psixiatriya ekspertizasının onun anlaqsız olması barədə dəqiq qənaətə gələrsə belə, hakim bunu əsas kimi qəbul etməyə bilər. Burada hakimin digər araşdırmaları və digər hüquqi düşüncələr ilə bağlı cəza tətbiq edilə bilər. Doğurdan da sürücülük vəsiqəsi alan zaman ona verilən həkimin tibbi müayinəsində saxtakarlıq müşahidə olunubsa yaxud şübhələr varsa o məsələlərdə ortaya qoyulacaq. Nə qədər ki, istintaq gedir, digər fərziyyələrin ayaq tutub yeriməsinə imkan verməməliyik. İstintaq sosial şəbəkələrdə, ictimai fikirdə yaranan fərziyyələr ilə bağlı işini qurarsa bu "anlaqsız" adam cəzadan kənarda qala bilər. Burada digər bir məsələ var. Xüsusilə ağır cinayət törətmiş belə şəxslər məqsədi fikir verirəm anası, atası, qardaşını öldürəndən sonra bu öz bacısıgilə gedib. Deməli bu adam öz əməlindən çəkinməyib. Nə etdiyini çox gözəl anlayıb. Bacısının evinə daxil olduqdan sonra, bacısı və uşağınıda qətlə yetirib".
Şəmsəddin Əliyevin sözlərinə görə, məhkəmə-psixiatriya ekspertizası rəy təsdiq etsə ki, bu insan anlaqsızdır, məcburi müayinə olduqdan sonra, bu öz cəzasını çəkə bilər:

"Amma bizi Cinayət Məcəlləsində xüsusilə ağır cinayətlərə görə 13 ildən 15 ilə qədər, 15 ildən 18 ilə qədər olan intervalları götürmək lazımdır. Xüsusi ağır cinayət törədilibsə, xüsusi amansızlıq halları burada öz əksini tapırsa, cəza konkret və lokanik olmalıdır: 15-20 il və ömürlük. Yəni biz bu sadaladığımız sanksiyada intervalları nəzərə aldıqda digər orqanlar üçün korrupsiya dəhlizi açılır. Yəni burda belə başqa maraqlara xidmət etmək mümkündür deyə bu intervallar götürülməlidir. Konstitusiyanın 27-ci maddəsində hansı halda vətəndaşın yaşama hüququna xitam vermək olar orada göstərilib. Xüsusilə ağır cinayət törətmiş vətəndaş yaşama hüququndan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhrum edilə bilər. Bizdə ölüm cəzası yoxdur. Amma Azərbaycan Respublikasının Konstitusiyasının həmin müddəası ölüm hökmü ləğv olunmayıb. Bizdə artıq bəzi ölkələr kimi ölüm hökmünün bərpasına ciddi zərurət var. Mən düşünürəm ki, vəhşi və canavar xislətli adamlara qarşı cinayət tədbirləri sərt olmalıdır. Vətəndaş 5 adam öldürüb. Ona verəcəklər 15 il yaxud ömürlük verəcəklər. Dövlət bu qədər imkanlarını sərf edib insanların həyatına belə qənim kəsilən adamları niyə yaşatmalıdır? Bu nə dərəcədə sosial ədalətin bərpası olacaq. Ona görə ölüm hökmü çox vacibdir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr