Narkotik istifadə edən taksi sürücüləri: Həyatımızı riskə atırıq... - ARAŞDIRMA

Narkotik istifadə edən taksi sürücüləri: Həyatımızı riskə atırıq... - ARAŞDIRMANarkotik istifadəçiləri üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. Çünki belə təsəvvür var ki, heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir.

"Kim bilir nələr olacaqdı?! Ata yolu gözləyən hansı övlad atasız qalacaqdı?! Neçə can, neçə tale xilas edildi?! Bilmirik! Fakt, olacaq haqqında təsəvvür yaradır. Masallı rayonunda yol polisi "Mitsubishi" markalı avtomobili nəzarət qaydasında saxlayır. Sürücü qəti etiraz edir: "Sənədlərim var, dilimə spirtli içki dəyməyib, sərxoş deyiləm..." Sürücü haqlı idi, düz deyirdi, spirtli içki qəbul etməmişdi. Lakin məlum olur ki, ağır dərəcəli narkotik vasitələrin təsiri altındadır". Bu status Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyevə məxsusdur və bu hadisə 2021-ci ildə olub.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

İnsanlar növbəti faciədən sığortalanıblarmı?

Üzərindən üç ilə yaxın vaxt keçib, lakin narkotik vasitələrin təsiri altında olan sürücülər hələ də ciddi təhlükə mənbəyidirlər. Daxili İşlər Nazirliyinin (DİN) son vaxtlarda yaydığı görüntülərdə bu sürücülərin necə "cəsarət"lə avtomobilini digər avtomobillərin üzərinə sürməsinin, əks yolda hərəkət etməsinin, işıqforun qırmızı işığında keçməsinin, polisin "dur" əmrinə tabe olmamasının, avtomobilini yolda saxlayıb qaçmasının şahidi oluruq. Məsuliyyətsiz sürücülər günahsız insanların həyatına təhlükə yaradır, dəhşət saçırlar. Yəni bu gün də qaydalara riayət edən, evinə, işinə tələsən insanlar yollarda narkotik istifadəçisi olan sürücülərlə rastlaşmaqdan sığortalanmayıblar. Amma onların hamısını aşkarlamaq mümkündürmü? İnsanlar növbəti faciədən sığortalanıblarmı?

Məlumat üçün bildirək ki, DYP-nin narkotik istifadəçisi sürücülərlə mübarizəsinə mane olan əsas problemlərdən biri yol polisinin qaydanı pozmayan sürücünü saxlaya bilməməsidir. Şübhə yaradacaq hallar olduqda, qayda pozulduqda, polis sürücü ilə həmsöhbət olur və faktı aşkarlaya bilir.

Bəs narkotik istifadəçiləri qayda pozmadan, təhlükə yaratmadan avtomobil idarə edə bilərlərmi? Spirtli içki qəbul edərkən, hərəkətindən bilinməsə belə, qoxusundan hiss etmək olur, bəs narkotik istifadəçilərini necə?

Narkotik istifadəçiləri üçün pul qazanmağın yolu

Ekspert Emil Maqalov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, narkotik istifadəçiləri işlədiyi yerlərdən bu vərdişlərinə görə azad olunduqları üçün pul qazanmağın yolunu sərnişindaşımada görürlər: "Onlar üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. Çünki heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir. Fiziki görünüşə gəldikdə isə, narkotik istifadəçilərinin fiziki görünüşündən əksər vaxtlar bunu hiss etmək olmur. Hazırda fəaliyyət göstərən taksi şirkətlərində də narkotesterlərdən istifadə olunmadığı üçün bu işi rahatlıqla həyata keçirə bilirlər".

Hər gün test götürülməlidir

Problemin həll yoluna gəldikdə isə, mütəxəssis bildirir ki, hər şəhərin, rayonun nəqliyyat departamenti tez cavab verə biləcək testlərdən istifadə etməli, sürücülərin gündəlik testlərdən keçməsini təmin etməlidir: "Narkotik istifadəçiləri üç növ narkotik vasitələrdən istifadə edirlər. Elə narkotik maddə var ki, qanda və sidikdə 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, bir ay qalır. Buna görə də sərnişindaşıma ilə məşğul olan sürücülərdən hər gün test götürülməlidir".

Mütəxəssis vurğulayır ki, həmçinin DYP də qanuna əsasən, hər hansı bir sürücünü saxladıqda, eynən spirtli içki yoxlanışında istifadə olunan alətlər kimi tez cavab verə biləcək narkotesterlərdən istifadə etməlidir. Narkotik istifadəçisi bilsə ki, belə testlər mövcuddur və dərhal aşkarlanırlar, məcburi şəkildə istifadə etməyəcək, etsə belə, sükan arxasına keçməkdən çəkinəcək. Problemin həll yolu yerindəcə yoxlaya bilən narkotesterlərin tətbiqidir".

Ən yaxşı yol ictimai mübarizədir

Millət vəkili Fazil Mustafa isə düşünür ki, narkotik istifadəçisi olan sürücülərdən xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir: "Sürücülərin narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirmək xeyli çətindir. Hər yolda avtomobil idarə edən sürücünü saxlayıb, yoxlamaq mümkün deyil. Bundan xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir. Aşkarlamaq üçün cəmiyyətdən 102 qaynar xəttinə məlumatlar daxil olmalıdır. Məsələn, kiminsə qonşusu, qohumu narkotik istifadəçisidir və avtomobil idarə edirsə, anonim şəkildə polisi bilgiləndirməlidir. Çünki narkotik istifadəsinin təsiri ilə sükan arxasında oturan hər bir sürücü başqalarının həyatına ciddi təhlükədir".

Səbəb taksilərin sayının çoxluğudur

Nəqliyyat eksperti Bulud Bağırov isə deyir ki, narkotik istifadəçisi sürücülərin sayının artmasının səbəbi taksilərin sayının çoxluğudur: "Şəhərdə taksilərin sayı sürətlə artır. Sürücülük vəsiqəsi olan taksi fəaliyyəti ilə məşğul olur. Maşın sürməyi bacaran, bacarmayan hər kəs gündəlik 30 manata avtomobil icarəyə götürüb yollarda təhlükə yaradır. Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı gücləndirmək lazımdır. İctimai nəqliyyatda da hər reysə çıxan sürücü həkim müayinəsindən keçməlidir. Bu, həm tıxacların sayını azaldacaq, həm də çıxış yolunu taksi fəaliyyəti ilə məşğul olmaqda görən narkotik istifadəçilərinin sayına təsir edəcək".

Bəs hüquq nə deyir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri mövcud olmalıdır: "Sözsüz ki, sürücü reysqabağı tibbi müayinədən keçdikdən sonra spirtli içki və ya narkotik vasitəsi qəbul edərək fəaliyyətini davam edə bilər. Lakin spirtli içki və ya narkotik vasitəsi qəbul etdikdən sonra sürücü növbəti gün tibbi müayinədən keçdiyi zaman həmin vasitələrdən istifadə edilmə barədə məlumatlar dərhal müəyyən edilir. Bunun üçün də sərnişindaşıma ilə məşğul olan hər bir sürücü qanunverciliyə əsasən, hər gün tibbi müayinədən keçməlidir".

Mütəxəssis bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır:

"Problem sərnişin daşımaları üçün verilən buraxılış vərəqələrinin taksi sürücülərinin bir çoxu tərəfindən əldə edilməməsidir. Buraxılış vərəqəsi olmadıqda, "Lisenziyalar və icazələr haqqında" qanunun tibbi müayinə ilə bağlı tələblərinin həyata keçirilməsi mümkünsüz olur. Problemin həll yolu kimi bu vərəqlərin əldə edilməsinə ciddi nəzarətin olmasıdır".

Qeyd edək ki, bu həftə sonu Bakıda fəaliyyət göstərən taksi sürücülərinin kütləvi şəkildə narkoloji testdən keçirilməsi barədə məlumatlar yayılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 947   Tarix: 18 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu gün Bakıda 550 küçə yuyulub - FOTO

Bu gün, aprelin 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətini

11 aprel
.

Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu

12 aprel
.

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram"

12 aprel
.

Bakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO

Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məh

11 aprel
.

Azərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v

12 aprel
.

Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...

Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə

12 aprel
.

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"

"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər". "Report"a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasını

11 aprel
.

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib. -ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalic

11 aprel
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

12 aprel