Beş milyard dollarlıq ticarət - Türkiyə Qırğızıstanda möhkəmlənir

Beş milyard dollarlıq ticarət - Türkiyə Qırğızıstanda möhkəmlənirRəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub.

Türkiyə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirməkdədir. Güc mərkəzinə çevrilən qardaş ölkənin diqqət yetirdiyi bölgələr sırasında Mərkəzi Asiya xüsusi yer tutur. Türkiyə və Mərkəzi Asiya ölkələrinin rəsmiləri arasında qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər güclənir, strateji önəm kəsb edir. SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra daha çox Rusiyanın təsiri altında olan Mərkəzi Asiya ölkələri son illər Türkiyə ilə də münasibətləri inkişaf etdirməkdədirlər. Bu əməkdaşlığın güclənməsində Azərbaycanın da əvəzsiz rolu var. Türk Dövlətləri Təşkilatı iki ölkə lideri sayəsində güc mərkəzinə çevrilməkdədir. Humanitar, mədəni əməkdaşlıq artıq siyasi, iqtisadi, hərbi əməkdaşlığa çevrilib. Zəngəzur dəhlizinin açılması ilə isə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi bağlantı daha da güclənəcək. Ən ciddi nailiyyət ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətləri Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həllinin mümkünsüzlüyünü anlayırlar. Bir məsələni də qeyd etmək gərəkdir ki, Türkiyə bölgə uğrunda mübarizədə tək deyil. Artıq regionda oturuşmuş dövlətlər var - Rusiya və Çin. Bu sırada olmaq istəyənlər sırasında ABŞ və Avropa ölkələri də var. Görünən odur ki, region uğrunda mübarizə asan olmayacaq. Özbəkistanla sıx münasibətlər quran rəsmi Ankara artıq Bişkeklə də təmaslarını artırıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Beş milyard dollarlıq ticarət

Artıq rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın Bişkekə gözlənilən səfəri ilə əlaqədar təşkil olunan hökumətlərarası komissiyanın 11-ci iclası və biznes forumu da keçirilib. Akılbek Japarov Ankaraya rəsmi səfəri çərçivəsində 500-ə yaxın sahibkarın qatıldığı biznes forumda iştirak edib. O, çıxışında qeyd edib ki, Qırğızıstan-Türkiyə münasibətləri prezident Sadır Japarovun dövründə yeni səviyyəyə yüksəlib:

"2023-cü ilin yanvar-noyabr aylarında Qırğızıstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 560,5 milyon dollar təşkil edib. Eyni zamanda, Türkiyə 2022-ci ildə Qırğızıstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkə olub, Türkiyədən yatırılan investisiyaların ümumi həcmi 341,6 milyon dollar təşkil edib".
Öz növbəsində Cevdet Yılmaz da qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın yaxşı potensialı var. Qeyd edək ki, gələn il prezidentlər Sadır Japarov və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Bişkekdə Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın iclasının keçirilməsi planlaşdırılır.

ABŞ ölkəyə nüfuz etməyə çalışır

Türkiyənin diqqət yetirdiyi bölgədə digər güc mərkəzlərinin fəallığı da səngimir. Xüsusilə Ukrayna müharibəsi səbəbindən Rusiyanı hər yerdə çətin duruma salmağa çalışan Qərbin, ən çox da ABŞ-nin Mərkəzi Asiyadakı fəaliyyəti diqqət çəkir. Lakin bu fəaliyyət gözlənildiyi kimi Türkiyənin yumşaq güc siyasətindən fərqli olaraq təhdid və şantaja əsaslanır.

Bu günlərdə Qırğızıstan rəhbərliyi ABŞ-nin ünvanına sərt bəyanat verib. Prezident Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb. Bundan əvvəl Blinken Japarova mesaj göndərərək Qırğızıstan parlamentinin "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərə baxmasından narahatlığını ifadə edib.

Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğunu və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb. "Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır", - Qırğızıstan lideri qeyd edib. Japarov təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı "obyektiv" fikirləri yoxdur.

Beləliklə, Qırğızıstan uğrunda fövqəldövlətlərin mübarizəsi qızışır. Bu mübarizədən kimin qalib çıxacağını söyləmək isə çətindir. Son seçimi təbii ki, qırğız xalqı edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 919   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau

28 sentyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr