Uşaqlardakı allergiyanın mənbəyi bilindi

Uşaqlardakı allergiyanın mənbəyi bilindiAlimlər mikrobiom balanssızlığının uşaqlarda yayılmış allergiya, ekzema, astma, qida allergiyası ilə əlaqəli olduğunu aşkar ediblər.

Ölkə.Az xarici mediaya istinadla xəbər verir ki, bütün bunların bağırsaq mikrobiomu, həzm sistemində yaşayan bakteriya, göbələk və viruslar kimi mikroorqanizmlər birliyi ilə necə əlaqəli ola biləcəyi müəyyənləşib.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
"Nature Communications" jurnalında dərc edilən araşdırmanın nəticələrinin uşaqlarda allergiyanın yayılmasının qarşısını almağa töhfə verə biləcəyi bildirilir. "British Columbia" Universiteti və Kanadadakı Uşaq Xəstəxanasının alimləri bağırsaq mikrobiomunun xüsusiyyətləri və erkən həyat təsirlərinin ümumi allergiyanın inkişafı ilə əlaqəli olduğunu aşkarlayıblar. Allergiyaların özünəməxsus simptomları olsa da, tədqiqatçılar onların körpələrin bağırsaq mikrobiomu ilə əlaqəli ortaq bir mənşəyi paylaşıb-paylaşmadığını öyrənmək istəyiblər.

Tədqiqatda, doğumdan beş yaşına qədər məlumatları təqib edilən 1115 uşağın klinik qiymətləndirmələri araşdırılıb. Bu uşaqların təxminən yarısında heç bir allergiya dəlili tapılmayıb, lakin 592 nəfərə həkim tərəfindən bir və ya bir neçə allergik xəstəlik diaqnozu qoyulub. Üç aylıq və daha sonra bir yaşındakı uşaqların bağırsaq nümunələrini araşdıran tədqiqatçılar, beş yaşına qədər uşaqlarda allergiya ilə əlaqəli bakteriyaların izini tapıblar. Bakterial iz bağırsaq florasının balanssızlığının əlaməti kimi tanınıb. Bu, bağırsağın selikli qişasının zədələnməsinə və bağırsaqda artan iltihab reaksiyasına səbəb olur.

Məqalənin aparıcı müəllifi Kortni Hoskinson qeyd edib ki, adətən vücudumuz bağırsaqlarımızda yaşayan milyonlarla bakteriyaya dözür, çünki bu, sağlamlığımız üçün çox vacibdir: "Bədən buna dözmək üçün immun hüceyrələri arasında güclü maneə yaratmalı və iltihab siqnallarını məhdudlaşdırmalıdır. Bu, həmin immun hüceyrələrini aktivləşdirəcək. Körpələrdə allergiya əmələ gəlməzdən əvvəl bu mexanizmlərdə geniş yayılmış pozulma vəziyyəti aşkarlanıb".

Pediatriya kafedrasının professoru və tədqiqatın baş müəllifi Stuart Turvey diqqətə çatdırıb ki, balanssızlığa səbəb olan problem körpənin necə doğulduğu, harada yaşadığı və antibiotiklər kimi dərmanlara məruz qalma və digər amillərlə əlaqələndirilə bilər. Antibiotiklər həssas bakteriyaları məhv edə bilsə də, ana südü ilə qidalandırmanın körpənin bağırsağındakı bakteriyaları yenilədiyi və lazımi qidaları təmin etdiyi bilinir: "Bu məlumatlardan görə bilərik ki, həyatın ilk ilində antibiotik istifadəsi kimi amillər daha sonra allergik pozğunluqlara səbəb olur".

Alimlər bağırsaq florasının balanssızlığını düzəldən müalicələri tapmaq üçün nəticələrdən istifadə olunacağına ümid edirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr