"TikTok"da məşhurlaşanlar heç bir faydası olmayan insanlardır! - AÇIQLAMA

"TikTok"da məşhurlaşanlar heç bir faydası olmayan insanlardır! - AÇIQLAMAXəbər verdiyimiz kimi, Əhmədin ailəsini qətlə yetirdiyi görüntülərin səslərindən bir sıra istifadəçilər "TikTok"da videolar hazırlayır. Eyni zamanda, Əhmədin qətlini bu sosial şəbəkədə müdafiə edənlər az deyil. Azərbaycanda bu tip videolar və zərərli kontentlər necə məhdudlaşdırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov "TikTok"un faydalı bir platforma olmadığını düşünürəm. Platformada Azərbaycan üçün faydalı kontentin az olduğunu və ölkə üçün yararsız bir tətbiq olduğunu bildirib:

" "TikTok"un özündə qoyulan həllərdən görülür ki, bu tip məzmunlar münasibdir. YouTube-da bu günləri bir müəllif hüququ deyilən bir anlayış var. Burada siz hansısa bir səsdən istifadə zamanı onun orijinallığına dair hər hansı bir isim istəyir. Dünyada yüzlərlə məşhur sosial şəbəkə var. Onların beynəlxalq müstəvidə qəbul olunanları hamı üçün məlumdur ki, Facebook, Instagram, X və TikTok-dur. Bunun kimi əlbəttə bir neçəsi var. Müxtəlif ölkələrdə başqa sosial şəbəkələr var ki, orada daha çox populyardır. Bu platformaların özünün müəyyən bir konsepti var. "TikTok" ən son çıxan sosial şəbəkələrdən biridir və özünəməxsus konsepti var. Orada videoları daha rahat yaratmaq olur".

Ekspertin sözlərinə görə, məsələyə başqa bir müstəvidən baxanda hər bir sosial şəbəkə hansı ölkədə iştirak edirsə, o ölkə üçün faydalı kontent yaratmalıdır:

"TikTok sosial şəbəkəsində ümumiyyətlə istedadı olmayan, intellektual kapitalı və heç bir bilik bacarıqları olmayan insanlar çox rahat məşhurlaşa bilir. "TikTok" ümumiyyətlə ölkələr üçün faydalı bir sosial şəbəkə olduğunu inanmıram. Bu günləri platformada yaradılan mühit və şərait faydasız, intellektsiz insanların qeyri-etik hərəkətlər ilə məşhurlaşmasıdır. İnsanlar var ki, bu videoları tənqid edir, amma baxır. Baxdıqca isə onu məşhurlaşdırır. Azərbaycan TikTok platformasında bacarıqsız və biliksiz insanlar, bacarıqlı olan insanları üstələyib. Konkret olaraq bu şəbəkədə bu tip insanlar onları kölgədə qoyub. Tiktok Azərbaycanda öz imicini düzəltmək üçün faydalı işlər görməlidir. Eyni zamanda Azərbaycanda faydalı kontent yaradılmasını təşviq etməlidir. Bunun üçün layihələr həyata keçirilməlidir. Əks halda Azərbaycanın biliksiz insanları, savadlı kütlədən daha populyar olacaq".

Elvin Abbasov yayılan qətl hadisəsini görüntüləri ilə bağlı hazırlanan videolara münasibət bildirib:

"Əslində TikTok sözügedən qətl hadisəsinin görüntülərini analiz etməli idi. Görüntülərin qətl hadisəsi olduğunu və səsin istifadəsini qadağan edə bilərdi. Əfsuslar olsun ki, TikTok bu tip işlərlə maraqlanmır. Onlar daha çox faydasız insanları populyarlaşdırmaqda maraqlı olduğundan ölkə üçün əhəmiyyətli halları nəzərə almır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1100   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Bakıda 550 küçə yuyulub - FOTO

Bu gün, aprelin 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətini

11 aprel
.

Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu

12 aprel
.

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram"

12 aprel
.

Bakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO

Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məh

11 aprel
.

Azərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v

12 aprel
.

Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...

Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə

12 aprel
.

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"

"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər". "Report"a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasını

11 aprel
.

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib. -ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalic

11 aprel
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

12 aprel