Oğlunun adına park salan şəhid atası açılış edə bilmir

Oğlunun adına park salan şəhid atası açılış edə bilmirÖvladının adına park salan şəhid atası onun açılışını edə bilmir.

"Qafqazinfo" xəbər verir ki, bu haqda şəhid Baş leytenant Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov sosial şəbəkə hesabında yazıb.

K.Kazımov qeyd edib ki, şəhidlərin adını yaşada bilmək, əbədiləşdirmək valideynlərə rahatlıq verir: "Mən bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Şəhid ataları məni gözəl anlayar. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Oğlum iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq könüllü cəbhəyə yazılıb və şəhid olub. Bu minvalla elə kəndimizdəcə yəni, Lənkəran rayon Yuxarı Nüvədi kəndində oğlum, şəhid Baş leytenant Vüsal Kazımovun adına xatirə parkı salmaq üçün müraciət etdik. Lənkəran rayon icra orqanları ərazini bizə verdilər. Kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadrat metr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə Vüsalın adını daşıyan bulağı inşa etdik.

Parkın açılış mərasimini 29 noyabr 2022-ci il - şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr - şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq verəsiniz. Lakin açılış mərasiminə icazə verilmədi".

Kamran Kazımov onu da əlavə edib ki, bu parkın salınmasına hələ iki il əvvəl başlanılıb: "14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb hadisəni təfsilatı ilə izah etdim. Eyni zamanda rəsmi məktubu da nazirə təqdim etdim. Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq. Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq Şöbəsinin əməkdaşının iştirakı ilə iclasda məsələ ilə bağlı qərar verdilər: "Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin". Bu da o deməkdir ki, mən gərək köhnəlmiş "partokrat"ların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. Ta o gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm, amma hələ də o əraziyə park statusu verilməyib".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin adları Azərbaycanın tarixinə əbədi həkk edilib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"yə əsasən parkların yaradılmasına razılığın verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində nəzərdə tutulmayıb.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 avqust tarixli 444 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı"nın 2-ci bəndinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Ekspert Komissiyası yalnız heykəltaraşlıq abidə layihələrinin yüksək sənət meyarlarına, bədii yaradıcılıq, estetik tələblərə və ümumi görkəmə uyğunluğuna dair rəy verir".

Qeyd edək ki, şəhid Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında, Şuşanın azad edilməsində iştirak edib və bu zaman şəhid olub. 2020-ci ilin 29 noyabrında Lənkəran rayon Yuxarı Nüvədi kəndində dəfn edilib. Şəhid Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, iki övladı var.
Oğlunun adına park salan şəhid atası açılış edə bilmirOğlunun adına park salan şəhid atası açılış edə bilmir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1049   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr