Müştərilərin depoziti ilə "TikTok"da hədiyyə alırmış... - 158 min manat batdı

Müştərilərin depoziti ilə "TikTok"da hədiyyə alırmış... - 158 min manat batdıBanklardan birinin Sabirabad filialının əməkdaşı Rail Hüseynovun məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, o, sözügedən bankda korperativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, 2022-ci ilin əvvəllərindən "TikTok"da "azrail.313" adlı səhifə açıb. Bu zaman Rail göndərilən hədiyyələrin nağdlaşdırıla biləcəyini öyrənib. Bundan başqa, ona pul qoyulmaqla alınan virtual hədiyyənin dəyəri olan pulu 2 ay ərzində geri qaytara biləcəyi də məlum olub.

Belə ki, hədiyyə alınandan 2 ay ərzində qeyd edilən sosial şəbəkəyə müraciət edib həmin hədiyyənin səhvən alındığı bildirilib pulun geri qaytarılması xahiş edilir, bundan sonra həmin hədiyyənin dəyəri tam şəkildə istifadəçiyə qaytarılır. Belə olan halda, istifadəçi həm hədiyyəyə xərclədiyi, həm də ayrı-ayrı istifadəçilərdən aldığı hədiyyəninin pulunu alır.

O, bu formada daha çox qazanc əldə edəcəyini düşünüb, hətta qeyd etdiyi prosesi bir neçə dəfə az məbləğlərlə yoxlayıb və uğurlu olub. Bundan sonra o, daha böyük məbləğlərlə bu işi görmək qərarına gəlib.

Müştəriləri seçərkən o, depozit hesabını yeni açmış və bitmə müddətinə müəyyən qədər qalmış müştəriləri seçib.

Bu məqsədlə, o, bankda əməliyyatlar zamanı istifadə edilən və bütün müştərilərin məlumatları qeyd edilmiş "Sfera proqram"ında qeyd edilən 8 şəxsin depozit müqavilələrini xitam verib. Əslində isə qaydalara əsasən, belə xitam üçün vətəndaşın müvafiq müraciəti olduqdan sonra, onun müqaviləsinə "Sfera proqram" təminatında xitam verilir. Həmçinin xitamdan sonra avtomatik xitam ərizəsi çap edilir və həmin vətəndaşa imzalatdırılaraq iş qovluğuna qoyulur.
Ətraflı

O, həmin şəxslərin müqavilələrini xitam edəndən sonra ərizələrini özündə saxlayıb ki, onlar banka müraciət edəndə onlara imzalatdırsın.

Rail 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb "TikTok" sosial şəbəkəsində hədiyyələr alıb. Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər.

Sonradan o, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub.

O, belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Bundan sonra, o, götürdüyü pul vəsaitini də geri qoya bilməyib.

Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən o, işdən çıxarılıb.

Etdiyi bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda - 158.969,0 manat ziyan dəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 600   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr