Kasıb oğlan evlənmək üçün görün nə etdi? - Film kimi CİNAYƏT

Kasıb oğlan evlənmək üçün görün nə etdi? - Film kimi CİNAYƏT"Çox uzun vaxt idi ki, ondan xoşum gəlirdi. Evlənmək istəyirdim. Bunun üçün də qaçırmaq qərarına gəldim".

Lent.az xəbər verir ki, bu sözləri məhkəmə qarşısında yetkinlik yaşına çatmamış qızı qaçırmaqda təqsirləndirilən A.M (ad şərtidir) deyib.

Hadisə 2023-cü ilin aprelin ayının 20-də Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Ş.A-nın itməsi barədə ailə üzvləri polisə müraciət edib. Aparılan istintaq araşdırmaları nəticəsində qızı qonşuları 1993-cü il təvəllüdlü A.M və onun 1994-cü il təvəllüdlü dayısı oğlu H.B-nın qaçırdığı üzə çıxıb. Onlar şübhəli bilinərək həbs edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.M həmin qızı sevdiyi və evlənmək istədiyi üçün qaçırıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs A.M ifadəsində göstərib ki, xeyli müddətdir qonşuda yaşayan Ş.A-nı sevir:

"Uzun müddətdir ki, Ş.A-dan xoşum gəlirdi. Bunu onun özünə deməmişdim. Qonşu kimi ailəsi ilə ünsiyyətimiz yaxşı idi. Qızın orta məktəbdə oxuduğunu bilsəm də, yaşından xəbərsiz idim. Xoşum gəlirdi ondan, amma ailəmin maddi durumu yaxşı deyildi. El adəti ilə toy edə bilməyəcəkdim. Bakıya işləmək üçün getdim, orda qərar verdim ki, onu qaçırım, sonra da evlənim. Elə bunun üçün də təzədən rayona qayıtdım".

O qeyd edib ki, qızı qaçırmaqda köməklik etməsi üçün dayısı oğlunu aldadıb:

"Dayım oğlu H.B-dan mənə kömək eləməsini istədim. Əvvəl razı olmadı. Onu aldatdım ki, qız da məni sevir, mənimlə qaçmaq istəyir. Sonra razılaşdı, atasının maşını ilə gələcəyini dedi. Elə həmin gün onlara gedəndə Ş.A-nın evlərindən çıxıb məktəbə getdiyini gördüm. Qız məktəbdən evə qayıdanda həyətdə onun qolundan tutub məcburi maşına mindirdim. Dərhal maşınla həmin yerdən uzaqlaşdıq. Dayım Nurəddinin evinə aparmağı düşünürdüm, amma o, evdə olmadığı üçün digər dayımgilə getdim. Dayımın yoldaşı qızın yaşının az olduğunu, problem yaranacağını dedi. Zəng edib dayılarıma hadisəni xəbər verdi. Hamısı xəbəri eşidən kimi evə gəldilər. Amma onlara geriyə yol olmadığını dedim. Bir az keçmişdi ki, bir qrup polis əməkdaşlarının evə tərəf gəldiklərini gördüm. Evdən qaçıb, çayda iki gün gizləndim. Amma sonra polislər tutdu. Törətdiyim əmələ görə peşmanam".

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Ş.A bildirib ki, A.M-nı tanıyır, onunla qonşudur:

"Qonşu kimi onunla və ailə üzvləri ilə münasibətim yaxşı olub. Hazırda 11-ci sinifdə oxuyuram. Hazırlıqdan evə qayıdanda tanımadığım maşın yanımda saxladı. İçərisindən A.M düşərək, qollarımdan tutub maşına mindirdi. Qışqırıb kömək istəsəm də heç kim səsimi eşitmədi.

Sonra sürücü avtomobili hansısa küçəyə sürüb tanımadığı bir evin qarşısında avtomobili saxladı. Sonra A.M qollarımdan tutub zorla avtomobildən düşürdü. Evdəki xanımlar nə baş verdiyini soruşdu, A.M da onlara aidiyyəti olmadığını dedi. Orada olarkən həmin qadınların adının İradə və Kəmalə olduğunu eşitdim. Mən ağlamağa başladım, həmin iki xanım narahat olmamağımı, məni evə aparacaqlarını dedi. Həm də dedilər ki, onlar A.M-dan qorxurlar".

Qız qeyd edib ki, uzun müzakirələrdən sonra onu başqa bir evə aparıb, otaqda saxladılar:

"Məndən anamın şikayətini geri çəkməyini istədilər. Buna etiraz etdim, A.M-nın layiqli cəzasını çəkəcəyini dedim. Sonra məni başqa evə aparıb, bir neçə saat otaqda saxladılar. Bir müddət keçdi, gəlib məni həyətə çıxaranda polislərin olduğunu gördüm.

Mən heç vaxt A.M ilə sevgi münasibəti qurmamışam. Heç onun məni istədiyindən xəbərim olmayıb. Məcbur məni qaçırıb. Ondan şikayətçiyəm. Müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edirəm".

Sonda məhkəmənin yekun qərarı ilə A.M 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Ona bu işdə kömək edən dayısı oğluna isə 10 il həbs cəzası verib. Hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1309   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr