Qayınatasını öldürən kürəkənə - 18 il 9 ay həbs verildi

Qayınatasını öldürən kürəkənə - 18 il 9 ay həbs verildiÖtən ilin iyun ayında Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində qayınatasını amansızlıqla qətlə yetirən 1991-ci il təvəllüdlü Elşən Şəbiyevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü Azad Almasovu qətlə yetirmiş şəxs - Elşən Şəbiyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə, əzab vermə, xuliqanlıq) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, E.Şəbiyev 2016-cı ildə A.Almasovun qızı ilə ailə həyatı qurub. O, 2017-ci ildən mütəmadi olaraq yaşadığı evdə həyat yoldaşına müxtəlif bəhanələrlə dəhşətli işgəncələr verib. Elşən həyat yoldaşının bədəninə dəfələrlə kəsici alət batırıb, onun başını betona çırpıb, əllərini arxadan ayaqqabı ipi ilə bağlayaraq ağlasığmaz formada əzab verib.

Nəhayət, 2023-cü ildə E.Şəbiyevin həyat yoldaşı növbəti belə hadisələrin birindən sonra evdən gedib və polisə müraciət edib. Biləsuvar Rayon Məhkəməsi E.Şəbiyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib və onun azadlığını məhdudlaşdıraraq üzərinə elektron nəzarət cihazı yerləşdirib. Bundan əsəbiləşən E.Şəbiyev qayınatası A.Almasovu ailə işlərinə qarışmaqda günahlandırıb.

Taksi sürücüsü kimi çalışan A.Almasov 8 iyun saat 16:35 radələrində Elşənin istəyi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında onunla görüşüb. Bu zaman Elşən hücum edərək özü ilə gətirdiyi bıçaqla qayınatasına çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 3 gün sonra ölüb.

Məhkəmədə A.Almasovun ailə üzvləri Elşənə ən ağır cəza olan ömürlük həbs cəzası tələb ediblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxsə 18 il 9 ay həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 797   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr