Zakir Həsənov bölmələrin döyüş hazırlığı ilə bağlı TAPŞIRIQ VERDİ

Zakir Həsənov bölmələrin döyüş hazırlığı ilə bağlı TAPŞIRIQ VERDİFevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.

Bu barədə Soonxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusuna verilən yüksək qiymət, eyni zamanda, ordumuzun inkişafı ilə bağlı qarşıya qoyulan mühüm tapşırıqlar olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.

Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması və xidmət müddətini başa vurmuş gənclərin yola salınması ilə bağlı göstərişlər verib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb.

Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1013   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr