Səfər Mehdiyevin qohumu ilə DGK arasında qalmaqal: Polkovnik nə tələb edir?
Dövlət Gömrük Komitəsi ilə qurumun Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçmiş rəisi, gömrük xidməti polkovniki Rafiq Fətullayev arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, işdən çıxarıldığına görə DGK-nı məhkəməyə verən Rafiq Fətullayev birinci məhkəmə instansiyasında nəticə əldə edə bilməyib.
Keçmiş rəis Bakı Kommersiya Məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Aytən Oruczadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Keçmiş rəisin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Rafiq Fətullayev ötən ilin aprelində DGK sədri Şahin Bağırovun əmri ilə işdən çıxarılıb. Mediada gedən məlumatlara görə, onun işdən çıxarılmasının səbəbi fəaliyyətində yol verdiyi nöqsanlardır.
İddialara görə, Rafiq Fətullayev işdən çıxarıldıqdan sonra onun tabeliyində olan bəzi işçilərə töhmət verilib.
Keçmiş rəis mətbuatda DGK-nın keçmiş sədri Səfər Mehdiyevin qohumu kimi təqdim edilir. Bu iddia qarşı tərəfdən təkzib olunmayıb. Məlumatlarda bildirilir ki, Rafiq Fətullayev əslən Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Nehrəm kəndindəndir. Yəni, Səfər Mehdiyevlə həmkəndlidir. Bu fakt tərəflərin qohum olmasına dair şübhələri bir qədər də artırır.
Rafiq Fətullayevdən əvvəl DGK-nın vəzifəli şəxsi olmuş daha iki nəfərin qurumu məhkəməyə verdiyi barədə məlumat dərc etmişdik.
Onlardan biri Azərbaycanın Türkiyədəki səfirliyində gömrük attaşesi olmuş Əliqulu Cəfərov, digəri isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyevdir. Hər iki şəxs DGK-ya qarşı əmək münasibətlərinə dair iddia qaldırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 24 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabrMilli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir
Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur
30 sentyabrƏli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29 sentyabr