Bu XƏBƏR Ermənistanı qarışdırıb: Azərbaycana hədiyyədir

Bu XƏBƏR Ermənistanı qarışdırıb: Azərbaycana hədiyyədirUkrayna prezidenti Vladimir Zelenskinin martın 4-də Ermənistana gələcəyi bildirilir.

Bu məlumat Ermənistanı qarışdırıb. Paşinyanın əleyhdarları iddia edirlər ki, Zelenskinin səfəri Rusiya ilə açıq düşmənçilikdir və Moskvaya qarşı ikinci cəbhənin açılmasıdır.

Məsələ ilə bağlı danışan hüquq müdafiəçisi Avetik İşxanyan isə bir qədər də irəli gedərək, bunun Azərbaycan üçün hədiyyə olduğunu bildirib.

"Bu planlaşdırılan səfər, məncə, hamı üçün sürpriz oldu. Əslində Rusiya ilə müharibədə olan ölkənin prezidenti Ermənistana səfər edir. Təəccüblüdür ki, Rusiya ilə müharibə vəziyyətində olan ölkənin prezidenti Ermənistana səfər etməyə vaxt tapır. Yeri gəlmişkən, 2020-ci ildə Ukrayna rəsmi olaraq Azərbaycanı təbrik etdi, məğlubiyyətimizə sevindi. Buradan acınacaqlı nəticəyə gəlmək olar ki, 2018-ci ildə hakimiyyətə gələn baş nazir də Azərbaycanın müttəfiqi olub.

Sual yaranır ki, o səfərin səbəbi nədir? Aydındır ki, onun Ukraynadan nə iqtisadi, nə də hərbi sahədə heç bir gözləntisi yoxdur. Bu, Ermənistanın növbəti anti-Rusiya hərəkətidir. Baş nazir on dəfədir ki, Ermənistanın Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi olmadığını xüsusi vurğulayır. KTMT-yə üzv olan ölkələrin Belarusdan başqa heç biri Rusiyanı müharibədə dəstəkləmir, amma bunu demirlər. Paşinyan açıqlamaları ilə Ermənistanı bilərəkdən Rusiyaya düşmən edir. Həm də təkcə Rusiya ilə deyil, həm də təbii müttəfiqimiz İranla. Artıq bəllidir ki, baş nazir Ermənistanın təhlükəsizliyini vecinə almayaraq onu hakimiyyətə gətirənlərin növbəti tapşırığını yerinə yetirir. Rusiya ilə düşmənçilik Ermənistana qarşı yeni hücum üçün Azərbaycana böyük hədiyyədir", - İşxanyan bildirib. (Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1375   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr