TBMM sədri babasının Bakı və Zəngəzurda ermənilərə qarşı mübarizəsindən danışdı
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə maraqlı açıqlamalar verib. O, Bakı və Zəngəzurda ermənilərə qarşı mübarizə aparan babasından danışıb.
"Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır. Onun olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsi idi. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır", - parlament başçısı söyləyib.
64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib.
TBMM sədri Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub.
"Zəngəzur layihəsi uğurla başa çatsa, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox mühüm bir dəhliz olacaq. Bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik", - o vurğulayıb.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 547 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprelBu xəstəxanın sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb. Qeyd edək ki, "Synerg
9 aprelYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin
8 aprelŞəhid atası vəfat etdi - Foto
Cəlilabadda Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Onun rayonda coğrafiya müəllimi işlədiyi, uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, şəhi
9 aprel