Aviabiletlər ucuzlaşır - VİDEO
Aviabiletlərin qiymətləri ucuzlaşır.
Xezerxeber.az-ın məlumatına görə, ekspertlər deyirlər ki, ötən illərlə müqayisədə azərbaycanlıların ən çox səyahət etdikləri istiqamətlərdə bilet qiymətlərində ciddi ucuzlaşma var.
Bəzi istiqamətlər üzrə hətta 50 %-ə qədər ucuzlaşma müşahidə olunur.
Qiymətlərin enməsinin əsas səbəblərindən biri reyslərin artırılması və mütəmadi olmasıdır.
Ekspert Rəhman Quliyev deyir ki, əgər pandemiyadan öncə Bakıdan İstanbulun bir hava limanına 7-8 reys həyata keçirilirdisə, indi bu say 12-yə qədər artıb. Ucuzlaşma daha çox Türkiyə və Gürcüstan istiqamətlərində müşahidə edilir.
Reyslərin artması qiymətlərin enməsi ilə yanaşı, turist mübadiləsini də sürətləndirib. Rəhman Quliyevin sözlərinə görə, AZAL-ın bu qiymət siyasətinə digər şirkətlər də özlərini uyğunlaşdırırlar.
Ekspertin sözlərinə görə, ucuzlaşma kampaniya xarakterli deyil və uzun müddətdir davam edir.
Qeyd edilir ki, aviaşirkətlərin satış siyasətinə əsasən biletlər siniflərə bölünür və satıldıqca üst kateqoriyalarda bahalaşma müşahidə edilə bilər.
Artıq uçuşlar pandemiyadan əvvəlki səviyyəyə qalxmış hesab edilir.
Ekspertin fikrincə, buna görə də, xüsusilə yay aylarında aviabilet qiymətlərində ciddi bahalaşmanın müşahidə edilməsi ehtimalı aşağıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5771 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Borclarını ödəyə bilməyən məşhur aktrisanın köməyinə görün kim çatdı! - VIDEO
Türkiyənin Yeşilçamın sevilən aktrisalarından Saadet Gürses xərçəng müalicəsindən sonra maddi çətinliklərlə üzləşdiyini açıqlamışdı. türk mediasına istinadən xəbər verir ki, türk kinosunun unudulmaz simalarından olan 64 yaşlı Saadet Gürses uzun sürən xərçəng mübarizəsini uğurla başa vursa da, sonrada
2 fevralHəddindən artıq süni intellektə aludəçilik baş məşqçiyə baha başa gəldi
Rusiyanın Premyer Liqa komandası "Soçi" ilə yollarını ayıran ispaniyalı məşqçi Robert Moreno ilə bağlı diqqət çəkən bir iddia ortaya atılıb. -ın xarici mediaya istinadla məlumatına görə, "Soçi" futbol klubunun idman direktoru Andrey Orlov baş məşqçi Roberto Morenonun bəzi qərarlarınd
29 yanvar"YouTube" milyonlarla abunəçisi olan kanalları sildi
"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib. xəbə verir ki, onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlind
31 yanvarNiyə uşağınız sizi eşitmir? - Valideynlərin 90 faizinin etdiyi 3 ciddi səhv
Bir çox valideyn əmindir ki, uşaq onları qəsdən görməzdən gəlir. Lakin psixoloqlar uzun müddətdir xəbərdarlıq edir: problem əksər hallarda inadkarlıqda deyil. Uşaqlar fərqli eşidir, fərqli reaksiya verir və böyüklərin sözlərini valideynlərin gözlədiyi kimi qəbul etmirlər. xəbər verir ki, uşaq davranış
30 yanvarSaçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin
Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. bu modelləri təqdim edir:. İncə saçlar üçün hansı saç kəsimləri uyğun deyil? . İncə saçlar xüsusi diqqət tələb edir, çünki onların əsas problemi təbii həcmin olmamas
30 yanvar