Xəyali dost: uşaqların ilk təxəyyül məhsulu
Xəyali dostlar azyaşlı uşaqların öz şüurlarında yaratdıqlarıdır. Ailələr vəziyyətdən narahat olsalar da, bu, düşündükləri qədər narahatedici deyil.
Yenisabah.az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşaqların təxminən 40-60 faizi xəyali dosta sahib ola bilər. Bu görünməz dostu zehinlərində təsəvvür edərkən, onlar bildikləri xüsusiyyətləri bir araya toplayırlar. Amma onlar hətta "günah keçisi" də ola bilər.
Bəs, uşaqlara xəyali dostlar niyə lazımdır?
Xüsusilə, 3-7 yaş aralığında baş verən bu vəziyyəti psixoloqlar belə açıqlayır:
"Xəyali dost - uşağın istədiyi yerdə olan, istədiyi oyunu oynayan, onu qeyd-şərtsiz qəbul edən dostdur. O, övladınızın təxəyyülünü inkişaf etdirir. Araşdırmalar göstərir ki, xəyali dost tənhalıqla əlaqəli deyil. Xəyali dostlar geniş dost çevrəsi olan uşaqlarda da görünə bilər. Bu, psixoloji problem kimi yox, inkişafın bir pilləsi kimi qiymətləndirilməlidir. Hər uşaqda olmasa da, bəzən bəzi uşaqlarda müşahidə olunur".
Psixoloqlar uşaqların inkişafında 6 yaşına qədər reallıq və təxəyyül arasındakı fərqin aydın olmadığını bildirib:
"Travma qurbanı olan və ya şiddətli qorxuları olan uşaqlarda xəyali dostlar inkişaf etdirmək mübarizə aparmaq bacarığı hesab olunur. Eyni zamanda, uşaqların dəstəyə ehtiyaclarına cavab olaraq və emosional tənzimləmə vasitəsi kimi xəyali dostlar inkişaf etdirə bilərlər. Bu iki anlayış çox vaxt bir-biri ilə qarışdırılır. 7 yaşından sonra reallıq və təxəyyül arasındakı sərhədlərin aydınlaşmağa başladığını görürük. Bu iki anlayış bir-biri ilə qarışdırılır. Buna uyğun olaraq, 3-7 yaş arası xəyali dostların ən çox rast gəlindiyi dövrdür".
Qeyd edək ki, xəyali dostlar çox vaxt 7 yaşından sonra yoxa çıxsa da, bəzi uşaqlarda bu vəziyyət bəzən yeniyetməlik dövrünə qədər davam edə bilir.( olke.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 610 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər
Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin
8 mayAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind
6 may14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı
Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay
5 mayBritaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi
Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyas
6 mayYenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası
90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v
8 mayBu ölkədə ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu
5 may