Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEO

Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEOAilə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.

BAKU.WS xəbər verir ki, TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.

Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.

Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.

Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.

TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.

Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4557   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saçını kəsdirdiyi bərbər başına torba keçirib pulunu taladı - Video

Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib. Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciə

18 fevral
.

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının ilk günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub. Birinci günün imsak duası:. "Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin

18 fevral
.

Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir? - AÇIQLAMA

Xəyanət münasibətlərdə ən sarsıdıcı travmalardan biridir. Çünki burada təkcə partnyor yox, eyni zamanda insanın güvən hissi, özünə inamı və münasibətə dair bütün təsəvvürləri zərbə alır. Buna baxmayaraq, bəzi insanlar xəyanətdən sonra münasibəti bitirmək əvəzinə davam etdirməyi seçir. Bu qərar kənarda

17 fevral
.

Bu gecə niyyət axşamıdır

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır. "Qafqazinfo" xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. Artıq sabahdan etibarən Ramazan ayı başlayır. Bu ay islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu

18 fevral
.

"Təhsilin əsas məqsədi şagirdi peşəyə deyil, həyata hazırlamaqdır" - Elmin Nuri

Müasir dövrdə təhsilin əsas məqsədi şagirdlərin fərdi bacarıq və maraqlarını üzə çıxarmaq, onları gələcək peşə seçimlərinə hazırlamaqdır. Lakin bir çox hallarda şagirdlər istəklərinə uyğun fənləri seçmək və həmin istiqamətdə dərinləşmiş təhsil almaq imkanı əldə etmirlər. Bu isə həm motivasiyanın azalmasına

18 fevral
.

Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib

Fransa Prezidenti Emmanuel Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib. "L'Express" nəşrinə istinadən xəbər verir ki, Makaron ABŞ lideri Donald Trampın siyasətində baş verə biləcək mümkün dəyişikliklər fonunda alyansın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Fransa prezident

18 fevral
.

Azərbaycanda şəxsi yazışmalar və "WhatsApp" izlənməsi ilə bağlı QƏRAR

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib. xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Plenum qərarında qeyd edilir ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqra

18 fevral
.

Adil Əliyevə buna görə töhmət verilib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Trend-in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. Belə ki, müşavirəd

17 fevral
.

O məktəbin bufetini bağladılar - Fotolar

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonu

18 fevral