"İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib"-Xurşidbanunun kötücəsi

"İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib"-Xurşidbanunun kötücəsi"Ulu nənəm Xurşidbanu Natəvan haqda yayılan bəzi məlumatlara aydınlıq gətirmək istəyirəm. Onun haqda yazılan yazıların əksəriyyəti yalnışdır. Bu məni narahat edir. Çox məyus oluram. Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi səhnələşdirilib. O tamaşada bir çox şeylər düzgün deyil. Xurşidbanu rolunu rəhmətlik Amaliya Pənahova oynayırdı. Günah onda deyil, əsər düzgün yazılmayıb. Guya ki, Natəvanın əri ola-ola o başqası ailə həyatı qurub. Belə bir şey heç vaxt olmayıb. Əri öləndən neçə il sonra o ailə həyatı qurub. Bununla bağlı əlimdə babamın əlyazmaları var. Gözümü açıb yanımda nənəmi, babamı görmüşəm. Onu pis qələmə verirlər. Teatrda hazırda da həmin tamaşa oynanılır, amma ondan xəbərim yoxdur. Tarixi saxtalaşdırmaq olmaz. Biri o yandan çıxıb deyir ki, "Pənahəli xanın arvadı erməni olub". Bu sözü necə deyə bilərsən?! Necə dilin gələ bilər? O vaxt, 300 il bundan əvvəl heç ermənilər orada olmayıb. Sən Qarabağı niyə erməniləşdirirsən?! Pənahəli xan Xurşidbanu Natəvanın da, mənim də ulu babamdır".
"İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib"-Xurşidbanunun kötücəsiBunu Moderator.az-a açıqlamasında Xurşidbanu Natəvanın kötücəsi Sevil Ağamirova deyib. O daha sonra Natəvanla bağlı yayılan başqa məlumatlara aydınlıq gətirib.
"Natəvanın ikinci həyat yoldaşı Seyid Hüseyn olub. Bu evlilikdən onların Mircabbar ağa adlı övladı dünyaya gəlir. Mircabbar ağadan mənim babam Əbülfət ağa, daha sonra isə anam Əzizə xanım gəlir. Natəvan Cavanşirlər və Qacarlar nəslinin qanını daşıyıb. Onun anası Cavad xanın nəvəsi olur. Natəvanın nəsli ata tərəfdən də, ana tərəfdən də əksəriyyəti şair olurlar. Natəvan tək qız olur, təhsilini sarayda alır. Ona "bircə" deyib səslənirlər. Bir neçə dil bilir. Birinci həyat yoldaşı ilə evliliyindən onun iki övladı dünyaya gəlir. Oğlu da şair olur. İkinci dəfə isə Seyid Hüseynlə ailə həyatı qurur. O çox savadlı şəxs olub. Təhsil sahəsində müdir işləyib. Həmişə də Natəvanın yanında olur. Saytlarda və məlumatlarda yalnış olaraq yazılıb ki, Seyid Hüseyn faytonçu olub. Bu sözü eşidəndə çox məyus oluram. Başa düşmürəm, bu sözü kim özündən çıxarıb?! Xoşagəlməz sözlər çox eşidirəm. Bilmirəm bu şayiələri kim üzə çıxarır?! Tarixçilər, alimlər yoxdur bütün bunları araşdırsın?!" deyə Xurşidbanu Natəvanın kötücəsi deyib.
"İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib"-Xurşidbanunun kötücəsiSevil Ağamirova bildirib ki, bu gün bir çoxu özünü Natəvanın varisi kimi qələmə verir.
"Bəzi adamlar deyir ki, "biz onun nəslindənik, kötücəsiyik, nəticəsiyik". Natəvan çox adamı oxutdurub, təhsil verib, evində saxlayıb. Ola bilər o şəxslər də özünü Natəvanın qohumu sayır. Kötücəsisənsə onun haqda niyə aşağılayıcı sözlər deyirsən?! Mircabbar ağa tərəfindən Natəvanın 40 nəfər qohumu var. Biz 40 nəfərik, onlardan biri də mənəm. Moskvada yaşayan, Bakıda yaşayan nəticələri də var. Deyirlər ki, Natəvan gül yığırmış, loğman imiş, xəstələri sağaldıb. Yalandır! Guya ki, Natəvanın birinci və ikinci evliliklərindən olan övladları bir-biri ilə danışmır. Bu nə sözlərdir?! Onlar o qədər mehriban olublar ki, aralarında heç bir problem yaranmayıb. Mən də Natəvanın qanını özümdə hiss edirəm" deyə Xurşidbanu Natəvanın kötücəsi bildirib.
"İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib"-Xurşidbanunun kötücəsi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1631   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr