Azərbaycanda hansı sökülən evlərə görə vətəndaşlara kompensasiya verilməyəcək? - AÇIQLAMA

Azərbaycanda hansı sökülən evlərə görə vətəndaşlara kompensasiya verilməyəcək? - AÇIQLAMAPaytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və yararsız halda olan çoxmənzilli yaşayış evləri var. Təbii olaraq istismar müddətini bitirmiş və qəzalı vəzyyətində olan evlər aidiyyəti qurumlar tərəfindən sökülür. Bununla yanaşı, vətəndaşlar çox vaxt öz hesabına tikdikləri evlərə görə problem yaşayır. Belə olan təqdirdə, hansı sökülən tikililərə görə vətəndaşlara kompensasiya ödənilmir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə söküntü daha çox 2 formada aparılır. Söküntülər adətən sökülən ərazidə torpaq sahələri dövlət ehtiyacı üçün alınarkən sökülür:

"Həmin ərazilər sökülərək yolların genişləndirilməsi, parkların salınması yaxud hansısa inzibati binaların tikilməsi üçün istifadə olunur. Həmin zamanda sahiblərin əmlakları bazar qiyməti ilə qiymətləndirilir. Daha sonra 20 faiz əlavə kompensasiya ödənilərək o ərazilər vətəndaşlardan geri alınır. Bundan əlavə uzun illərdir ki, 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və xüsusilə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının söküntülərinə start verilib. Həmin binalar sökülərək yeni tikili binalar ilə əvəzlənir. Həmin çoxmənzilli binalar və həyat evləri sökülərkən vətəndaşlara sökülən mənzillərin yerində tikiləcək yeni tikili binadan mənzil verilir. Mənzil vətəndaşın köhnə mənzilindən 20-30 faiz daha artıq ümumi sahəni təşkil edir. Tam təmirli evlər verilir. Onların evləri sökülüb yenidən tikilib təhvil verilən günə qədər vətəndaşlara köç xərcləri və kirayə qaldıqları müddətdə pulları ödənilir".

Ekspertin sözlərinə görə, bəzi ərazilər var ki, qadağan olunmuş ərazilərdir. Vətəndaşlar hər hansı bir əraziləri zəbt edərək orada tikinti işləri aparmağa çalışırlar. Bu zaman aidiyyəti qurumlar tərəfindən qadağan olunmuş ərazi olduğuna görə onların tikililəri sökülür:

"Yəni rəsmi qurumlardan qadağan olunmuş ərazilərdə, sənədləri qaydasında olmayan əmlaklar tikilərkən qanuni formada onların söküntüsü aparıla bilər. Belə olan halda həmin vətəndaşlara kompensasiya ödənilmir. Ümumiyyətlə kompensasiyanın ödənilməməsi prosesi tikinti gedən zaman baş verir. Əgər hər hansısa bir tikinti yaşayış yaxud qeyri-yaşayış tikilisi tikilibsə və istifadə olunursa, hansısa məqsəd üçün məcburi sökülürsə, mütləq şəkildə istifadə olunan əmlakın sökülməsi üçün məhkəmə qərarını olmalıdır. Məhkəmə qərarı çıxardıqdan sonra, əmlak sökülə bilər. Eyni zamanda vətəndaşa hansı halda kompensasiyanın ödənilməsi yaxud əvəzlənməsi məhkəmənin qərarından asılıdır. Lakin kompensasiya ödənilməyən əmlaklar onlardır ki, konkret olacaq qadağan olunmuş ərazidə tikintisinə başlanılıb. Tikinti bitməmiş həmin halda aidiyyəti qurumlar tərəfindən sökülərkən onlara kompensasiya ödənilmir. Təbii ki, o əmlakların tikintisi zamanı vətəndaşa dəfələrlə xəbərdarlıq olunur. Vətəndaşa xəbərdarlıq edildikdən sonra, vətəndaş məhəl qoymursa və tikinti işi aparırsa, onun sökülməsi qanuna uyğundur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2788   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr