Ermənistan tərəfindən saxlanılan Azərbaycan əsgəri erməni əsirlər ilə DƏYİŞDİRİLƏCƏK? - AÇIQLAMA

Ermənistan tərəfindən saxlanılan Azərbaycan əsgəri erməni əsirlər ilə DƏYİŞDİRİLƏCƏK? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. Bəs Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbayan əsgəri erməni əsirlər ilə dəyişdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli deyib ki, Ermənistan tərəfindən saxlanılan əsgərimiz danışıqlar yolu ilə qaytarılacaq:

" Əsgərimizə qarşı irəli sürülən maddələrə baxdıqda onların nə qədər simasız və həyasız olduğu məlum olur. Ermənistan heç bir mövqeyi olmayan bir dövlətdir. Ermənistan qərb dövlətlərinin əlində oyuncağa çevrilmiş və onların tapşırığı ilə hərəkət edən ölkədir. Əsgərimiz əlverişsiz hava şəraitinə görə yolunu itirib. Ermənistan 30 ildir ki, özləri haqqında yalan məlumatlar uyduraraq dünyanı aldatmağa çalışır. Ermənistan dövlət deyil, qeyri-hökumət təşkilatıdır. Müstəqil dövlətin vahid doktrinası və siyasi xətti olur. Ermənistan iş mahnılarımızı, yeməklərimizi və torpaqlarımızı oğurlamağa çalışır. Belə başa düşürəm ki, bu gün erməni əsgərləri tərəfindən tutulan əsgərimiz və onun barəsində irəli sürülən maddələr ilə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışırlar. Bu addım Azərbaycana qarşı növbəti erməni təxribatıdır. Əslində bu addım Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün qərb dövlətlərini Ermənistana verdiyi tapşırıqdır. Ermənistan hər bir addımı ilə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirməyə çalışır. Sarkisyan, Köçəryan və digər qatillər Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Əsas dərd isə Sarkisyan və Köçəryanın Azərbaycan vətəndaşı olmasıdır. Bu qatillər vətəndaşı olduğu ölkənin insanlarına qarşı qırğınlar törədiblər. Hazırda Ermənistan öz nifrətinin cəzasını çəkir".

Xatırladaq ki, daha əvvəl danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçi, Ermənistan tərəfindən isə 2 azərbaycanlı hərbçinin azad edilib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3104   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr