Niyə "Ağzına su alıb oturmaq" deyirik? - Belə yaranıb
Çox susan, hansısa məsələyə fikir bildirməyən adamlar haqqında "niyə ağzına su almısan?", "ağzına su alıb oturub" kimi ifadələr işlədirik. Mənası susmaq, dinməmək anlamına gəlir. Bəs nə üçün susan adama bu sözü deyirlər, susmaqla suyun nə əlaqəsi var?
Lent.az "Belə yaranıb" rubrikasında bu ifadənin yaranma tarixçəsindən bəhs edir.
Əslində bu sözün kökü öncə qədim türklərə, onlardan da Novruz bayramına keçmiş bir inanca dayanır.
Novruz bayramında insanlar ağızlarına bir udum su alar və yol kənarında qulaq falına çıxardılar. Susub oturardılar, gəlib keçən adamların dilindən çıxan ilk kəlmə, ilk cümlə ilə niyyətlərinin fal olub-olmayacağına inanardılar. Falın çin olması üçün əsas iş susaraq gözləmək, heç kəsə bu barədə bir kəlmə deməmək idi.
Bu ənənəni qadınlar bir qədər fərqli şəkildə edərdilər. Küçəyə, qonşuya keçmək imkanı olmayanda, evdə süfrə başında ağızlarına su alıb oturduqdan sonra ilk danışan adamın dediyi kəlmələrlə fal tutardılar.
Bəzən evdən, məclisdən uzun müddət səs çıxmaz, kimsə danışmaz, ağzına su alıb oturan adam da xeyli susmalı olardı. Bax beləcə bu frazeoloji ifadə də dilimizə düşüb.
Nə itirirsiniz ki, bu Novruz çərşənbələrində siz də sınayın, ağzınıza su alıb, fal tutun.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 759 Tarix: 02 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər
Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin
8 mayAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind
6 may14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı
Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay
5 mayBritaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi
Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyas
6 mayYenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası
90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v
8 mayBu ölkədə ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu
5 may