"Heyvandarlıq artıq rentabelli deyil" - ARAŞDIRMA

"Heyvandarlıq artıq rentabelli deyil" - ARAŞDIRMAXaricdən həm ət idxalımız, həm də ixracımız əvvəlki illərlə müqayisədə xeyli artıb. Xaricə daha çox at əti satıb, ölkəyə isə daha çox ətlik heyvanlar idxal edirik.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1 718 ton, dəyəri isə 75 faiz və ya 3 milyon 660 min dollar artıb. Həmçinin cari ilin yanvarında Azərbaycan 32,66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz daha çox deməkdir. Yanvarda ölkəmizə 3 634,65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43,9 faiz artım deməkdir. Ölkəmizə ət idxal olunması normaldır. Amma burada bir sual yaranır. Ölkəmizdə ətin qiymətinin bahalaşması fonunda digər ölkələrə ət və diri heyvan ixracı nə dərəcədə doğrudur?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ətlik heyvanları ixrac etmirik

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, xarici ölkələrə ixrac etdiyimiz diri heyvanlar istifadəyə yararsızdır: "Ölkəmizdə təsərrüfatlardan çıxdaş olunmuş yük atları mövcuddur. Çıxdaş olunduqdan sonra sahibkarlar onları Orta Asiya respublikalarına ət məhsulu olaraq ixrac edirlər. Statistikada qeyd olunan diri heyvanlar dedikdə həmin yük atları nəzərdə tutulur. Yəni bizim istifadə etdiyimiz ətlik heyvanlar öz istifadəmiz üçündür. Amma ölkəmizə müxtəlif növ ətlik heyvanlar idxal edilib".

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, həqiqətən də ölkəmizə müxtəlif növ iri və xırdabuynuzlu heyvanlar idxal edilsə də, ixrac olunmayıb: "Safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər 5653 ədəd, digər diri iribuynuzlu heyvanlar 86 520 ədəd, diri qoyunlar 320 543 ədəd, iribuynuzlu heyvan əti, təzə sümükdən ayrılmamış 920 ton, sümükdən ayrılmış 12 ton, cəmdəklər və şaqqalar 46 ton, dondurulmuş və sümükdən ayrılmamış 1137 ton, sümükdən ayrılmış yarımşaqqalar 6022 ton, donuz əti və dondurulmuş digər hissələri 1276 ton idxal edilib. Diri atlar 2793 ədəd, təzə və dondurulmuş ət 14 ton ixrac edilib".

Müxtəlif məqsədlərlə ixrac edilməsi mümkündür
İqtisadçı Pərviz Heydərovun fikrincə, ət ixracımız ərəb ölkələrinə və Rusiyaya da ola bilər: "Kənara ət, xammal satmırıq. Yalnız diri çəkidə heyvan satışı həyata keçiririk. Diri çəkidə ölkəmizdən xaricə heyvan ixracı ərəb ölkələrinə və Rusiya istiqamətində ola bilər. Ərəb ölkələrində səhralıq, qumluq sahələr çoxluq təşkil etdiyi üçün digər ölkələrdən örüş sahələrini icarəyə götürürlər. Qoyun, mal-qara ehtiyaclarını ödəyə bilirlər. Ərəb ölkələri Yeni Zelandiya kimi ölkələrdən örüş sahələri icarəyə götürürlər. Oraya öz heyvanlarını göndərirlər, onlara qulluq olunur, sayı artırılır. Beləliklə, ölkənin ətə olan ehtiyacını da ödəmiş olurlar".

Örüş sahələri azalıb, yem bahalaşıb

Ekspert bildirdi ki, hazırda öz tələbatımızı da ödəməkdə çətinlik çəkirik: "Azərbaycanın heyvandarlıq sahəsində vəziyyəti bir neçə il bundan öncə ilə müqayisədə mənfiyə doğru dəyişib. Örüş sahələri azalıb, yem bahalaşıb. Artıq fərdi şəkildə heyvanların saxlanılması, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq tamamilə aradan qalxmaq üzrədir. Fermer təsərrüfatlarında da vəziyyət qeyri-qənaətbəxşdir. Ümumiyyətlə, hazırda ölkədə heyvandarlıqla məşğul olmaq rentabelli və səmərəli deyil. Bu da özünü ölkəyə ət idxalının artması ilə büruzə verir. Halbuki bir neçə il öncə biz bu sahədə tələbatımızı 90-95 faiz həcmində ödəyə bilirdik. Bununla əlaqədar həyəcan təbili çalmaq lazımdır".

Bu ətlər keyfiyyətsizdir

P.Heydərov qeyd etdi ki, yaxın zamanda ət istehsalı sahəsində də xarici ölkələrdən asılı vəziyyətə düşə bilərik: "Bir ara pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişafı ilə bağlı müəyyən genişmiqyaslı tədbirlər həyata keçirildi. Bunlar da örüş sahələrinin azalmasına gətirib çıxarıb ki, heyvandarlığı ciddi zərbə altında qoyur. İndi də bunun acı nəticələrini hiss edirik. İdxalın genişlənməsi təbiidir. Çünki yerli tələbatı ödəyə bilmirik. Kənardan gətirilən ət məhsulları maya dəyəri və qiymət baxımından ucuzdur. Çünki bu ətlər keyfiyyətsizdir. Odur ki, bütün bu məqamlara diqqət artırılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 871   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr