Qərbi Azərbaycan Xronikası: Bəryabad kəndinin böyük faciəsi və bu gün yaşayan irsi - VİDEO

Qərbi Azərbaycan Xronikası: Bəryabad kəndinin böyük faciəsi və bu gün yaşayan irsi - VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Bəryabad - Türkiyədə yaşayan Qaraqoyunlu irsi" adlı buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Bəriabad kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, irsi, dekorativ sənəti, xalq yaradıcılığı və toponimləri araşdırılıb.

Bildirilir ki, Bəriabad ermənilər tərəfindən 1991-ci ildən Barepat adlandırılıb və rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Çəmbərək yolunun cənub tərəfində, Qaraqoyunlu dərəsində yerləşir. Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə təqribən 20-ə yaxın kənd Ermənistanın tərkibində qalıb.

Qeyd olunur ki, burada 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhali olub. Nəhayət, 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilib. 1988-ci ilin faciəli deportasiyası zamanı azərbaycanlılar doğma yurddan qovulublar.

Verilişdə vaxtilə babaları Qaraqoyunludan Türkiyəyə köç etmiş professor Rza Qarabağ qaraqoyunlular səltənətindən, bu səltənətin Azərbaycan ərazisində necə yayılmasından və Türkiyədə qaraqoyunlu irsinin yaşadılmasından söz açır.

Sonda Bəriabad kəndində adət-ənənələr, bayramlar, şadlıq törənləri, qədim türk izləri - məbədlər, qəbirlər göstərilir, göllərin əhatəsində olan kəndlə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1136   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr