"Dedi ki, ona sən baxarsan" - Oğlu Hacı Şahinlə son anlarından danışdı - VİDEO
"Xəstəxanada olan zaman mənə yazmışdı, çox nigaran olmuşdum. Dedi ki, narahat olma, indi gəlirəm, danışarıq. Gözlədim, gələn zaman onu bərk qucaqladım. Hacıya çox bağlı olmuşam".
Bu sözləri mərhum din xadimi Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli ilahiyyatçı haqda çəkilən bədii-sənədli filmdə çıxış edərkən deyib.
Ekran işində atasından danışan Hüseyn söyləyib ki, ümumiyyətlə, onun başına cüzi bir şey gələn zaman çox narahat olub:
"Dedi ki, narahat olma, məndə belə ağrılar keçmişdə də olub - insanlar arasında bilinən "ijoqa", yəni mədə ağrısı - elə hesab edirdi ki, mədə ağrısı var. Həmin gecə Hacı ilə çox söhbət elədik. Allahla bağlı suallar verirdim ona. Bir neçə mövzu haqqında danışdıq. Necəsə oldu, ölüm mövzusu açıldı. Dedi ki, mənim üçün ölüm çox rahatdır, bir az Səccada (kiçik oğlu) görə narahat olaram. Mən dərhal bildirmək istədim ki, özüm üçün ağır olar. Dedi ki, bilirəm, amma sizi bir qədər böyütmüşəm, yaşınız var, o isə körpədir. Bir az baxdı, sonra dedi ki, ona da sən baxarsan. Həmin zamanda necəsə oldu söhbətimiz yekunlaşdı. Mətbəxdə görüşdük, mənə dedi ki, dua elə, bu ağrım keçsin, oruc tutmaq istəyirəm. Dərhal dedim ki, qurban olum, bəlkə, bu ağrı ilə oruc tutmayasan. Dedi ki, yox, ağrı olsa, tutmayacağam, sən hər halda dua elə. Son görüşümüz yenə mətbəxdə oldu, sübh namazına 10-15 dəqiqə qalmışdı. Gəldi məni çox öpdü, qucaqladı və dedi ki, çox-çox ağıllısan, maşallah. Mən də onu bərk qucaqladım və bu da bizim Hacı ilə son görüşümüz idi".
Xatırladaq ki, mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ötən il mart ayının 2-sində ürəktutmadan vəfat edib.
Rejissor Elçin Ağazadə onun həyatından bəhs edən sənədli film ərsəyə gətirib. Din xadiminin vəfatının ildönümündə ictimaiyyətə təqdim olunub. (Ölkə.Az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1751 Tarix: 03 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr