İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

President.az xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkisində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğulayıb ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rumen Radevə çatdırmağı xahiş edib.

Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub. Qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.

Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırlayıb.

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edərək, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının uğurla keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın panavropa enerji təchizatçısı olmasının vurğulandığını bildirib və Avropanın səkkiz ölkəsinin Azərbaycan qazı ilə təchiz olunduğunu qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulanıb.

10:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

Bununla bağlı President.az məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 989   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

İki qardaş dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsi

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir. Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan dah

9 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

9 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun