"Şəhid və qazi ailələrinə kommunal xidmətlər pulsuz olmalıdır" - Deputatdan TƏKLİF

"Şəhid və qazi ailələrinə kommunal xidmətlər pulsuz olmalıdır" - Deputatdan TƏKLİFBu gün müzakirə olunan məsələlərdən biri də şəhid və qazi ailələri üçün kommunal xidmətlərin pulsuz olmasıdır. Bu məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Şəhid və qazi ailələri üçün kommunal xidmətlər pulsuz ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat bildirib ki, bugünkü möhtəşəm qələbəmizi Ali Baş Komandan İlham Əliyevə və ərazi bütövlüyümüz uğrunda canından,sağlamlığından keçən mərd oğullarımıza borcluyuq:

"Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə xüsusi qayğı göstərilir. Şəhid ailələrinin və qazilərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətindən dövlətimiz tərəfindən bütün addımları atılmaqdadır. Bu gün şəhid ailələri, müharibə veteranlarına və qazilərə dövlətin maddi və mənəvi dəstəyi də ən yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanim Əliyeva tez-tez şəhid ailələri və müharibə əlilləri ilə daim görüşür, onların sosial problemləri ilə maraqlanırlar. Bilirsiniz ki, İkinci Qarabağ müharibəsindən sonra bu həssas kateqoriyadan olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Prezident tərəfindən göstəriş verilib. Bu gün qazilərimizin müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunurlar. Ölkəmizdə müalicəsi mümkün olmayan qazilərimiz dövlətimiz tərəfindən digər ölkələrdə müalicə olunaraq Vətənə qayıdırlar".

"Şəhid və qazi ailələrinə kommunal xidmətlər pulsuz olmalıdır" - Deputatdan TƏKLİFDeputat vurğulayıb ki, kommunal xidmətlərin şəhid və qazi ailələri üçün pulsuz olması məsələsinə baxıla bilər:

"Məncə şəhid və qazi ailələrinə kommunal xidmətlər pulsuz olmalıdır.

Bununla bağlı ilk olaraq şəhid və qazi ailələrinin konkret siyahısı hazırlanmaldır. Düşünürəm ki, kommunal xidmətlərin pulsuz olması qazi və şəhid ailələri üçün böyük dəstək olar. Çünki ay ərzində kommunal xidmətlərə xərclənən pulu hesablayanda kifayyət qədər böyük məbləğ edir. Bununla bağlı müvafiq dövlət qurumları öz təkliflərini hazırlamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1034   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr