Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı - Müəmmalı məqamlar

Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı - Müəmmalı məqamlarMədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC "Azərmətbuatyayımı" ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə "Azərmətbuatyayımı" ASC Mədəniyyət Nazirliyinə "Ölkəmizdə həyata keçirilən çoxsahəli və davamlı islahatlar, cəmiyyətimizin bütün sahələrinin inkişafı barədə məlumatların əldə edilməsi üçün nəşr olunan rəsmi qəzetlərə, həmçinin milli və dövlətçilik ənənələrini təbliğ edən bir sıra müstəqil mətbu orqanlarına olan abunənin çatdırılması" xidmətini göstərəcək və qarşılığnda 15 min 166 manat 80 qəpik alacaq.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.

Bildiyimiz kimi, "Dövlət satınalmaları haqqında" Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, rəsmi qəzet və digər mətbu orqanlara abunə yazılmanın Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.

Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı "Azərmətbuatyayımı" ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı "Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K"da yerləşir.

Qeyd edək ki, "Azərmətbuatyayımı" ASC-nin təsisçisinin "Kaspi Mətbuat Yayım" MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan "Kaspi Mətbuat Yayım" MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.

"Kaspi Mətbuat Yayım" MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.

Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan "ATOM QİDA" MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.

Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı - Müəmmalı məqamlar2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən "Bakı 24" MMC, "Kaspi AZ" MMC, "Mətbuat Evi" MMC, "Golden Prince" MMC, "Global Advertisment" MMC və "Kaspi Co" MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.

Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "Kaspi Education" MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 795   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr