Körpə Zeydin müalicəyə ehtiyacı var: "Maddi cəhətdən tam tükənmişik" - FOTO
Doqquzaylıq Zeydin yardıma ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mira Pənahlı məlumat verib.
O bildirib ki, övladında anadangəlmə oynaq başcıqları formalaşmayıb.
"Zeyd doqquzaylıqdır. Anadan olanda onda oynaq başcıqlarının formalaşmadığını öyrəndik. İlk gündən də müalicələrə başlamışıq. Hazırda Zeyd xüsusi korset taxır. Müalicələrini bir müddət də davam etdirib, daha sonra əməliyyat olunacaq. Hazırda müalicələr üçün 800 manata ehtiyacımız var".
Mira Pənahlı Zeydin onun tək övladı olduğunu deyib.
"Zeyd bizim tək övladımızdır. İnanın, maddi cəhətdən əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Özümüz kirayədə yaşayırıq, yoldaşım isə fəhləlik edir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 443-59-41.
Bank Respublika: 4244 4848 4305 6726.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 465 Tarix: 06 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd
8 aprelYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin
8 aprel"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
9 aprelSabah Bakıda hava yağmursuz olacaq
Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
9 aprelAnar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad
8 aprel