"Şəfiqə yaxşı ki, vaxtında sədrlikdən getdi, yaş da o yaş deyildi, orada olsaydım Rasimi seçərdim"-FOTO+ÖZƏL
"Köhnə kinoittifaqımız üçün çox darıxıram. Mən hələ orada, Rüstəm İbrahimbəyovun yaratdığı ittifaqda qalmışam. Orada festivallar, kino bayramları olurdu. Tamaşaçılara göstərilməyən dünya kinolarını orada izləyirdik. Qohumlar bizdən xahiş edirdi, onları da aparırdıq. Rüstəm İbrahimbəyov dünyasını dəyişəndən sonra oradan çıxdım. Bundan sonra iki kinoittifaq yarandı. Birinə Şəfiqə rəhbərlik edirdi, digərinə isə Əli İsa Cabbarov. İndi heç nə qalmayıb. Bilirsiniz ki, mən kinoya vurğunam. Mənim üçün kino əsasdır. Şəfiqə apardı o ittifaqı guya.. İki ittifaq mənə gülməli gəlirdi. Mənə elə gəlir ki, Şəfiqə yaxşı edib vaxtında sədrlikdən getdi. Yaş o yaş deyil, yəqin ki, səhhətində də problemlər var. Yaxşı ki, Rasimi seçdilər. Rasim bu ittifaqa sədrlik edə bilər. O bizim keçmiş ittifaqda Rüstəm İbrahimbəyovun sağ əli idi. Bu işi yaxşı bilir. Hələ ki, Rasim yaxşıdır. Mən orada olsaydım Rasimə səs verərdim. Kino çəkilsə, bu sahə dirçəlsə ittifaq da dirçələr".
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, məşhur aktrisa Elmira Şabanova deyib. Sənətkar illər öncə həyat yoldaşı, görkəmli rejissor Rüfət Şabanovun onu filmlərdə çəkilməsinə qadağa qoyduğunu bildirib."Cavanlıqda o qədər rejissorlar məni filmlərində çəkmək istəyirdi ki.. "Səhər" filminə çəkiləndən sonra Rüfət məni görüb vuruldu. Bundan sonra vəssalam! 20 il çəkilmədim! Çünki mənə icazə vermirdi. 40 yaşımdan sonra filmlərdə çəkilməyimə icazə verdi. O vaxtı da çəkildim, sonra kino yavaş-yavaş yox oldu. O qədər rejissorlar məni çəkmək istəyirdi ki. Hətta rəhmətlik Lətif Səfərov məni "Leyli və Məcnun" filmində Leyli roluna dəvət etmişdi. O vaxt məşhur olmaq asan idi. İki televiziya var idi. Bir dəfə çıxırdın efirə, səni bütün Azərbaycan tanıyırdı. Yolda qoymurdular ki, rahat gedəsən, saxlayıb şəkil çəkdirirdilər, avtoqraf alırdılar. Əgər səni xalq sevdisə gedirdin qabağa. İndi "ulduz" deyirlər. Amma biz o vaxt ulduzluq sevdasına düşmürdük. Öz işimizlə məşğul idik. Xalq məni belə qəbul etdi. Çox xoşbəxtəm ki, o dövrdə yaşamışam, fəaliyyət göstərmişəm. Mən kamera qarşısında hiss etmirdim ki, rol oynayıram. Təbiiyəm! Təklif olunan şəraiti verirdilər, onu yaşayırdım. Sözün əsl mənasında yaşayırdım. Ona görə də sizlər məni bəyəndiniz. Kinoda yaxşı həyat sürmüşəm. Düzdür, az çəkilmişəm, amma çəkildiyim filmlər mənə zövq verib. Keçmiş həyatımdan razıyam" deyə sənətkar bildirib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1094 Tarix: 07 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrBakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabr