Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı - VİDEO

Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı - VİDEO2022-ci il noyabrın 12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 26, mənzil 695-də, 47 yaşlı Kifayət İsayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kifayət İsayevanın ölümünə kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məhərrəmov Masazır qəsəbəsində, qohumunun evində tutulub. İstintaqla müəyyən edilib ki, Elnur Məhərrəmov 2022-ci il iyulun 16-sı saat 21 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kifayət İsayeva ilə birlikdə şəxsi avtomobili ilə Sumqayıtdan Bakıya gələrkən aralarında mübahisə yaranıb. Buna görə o, maşını Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısında saxlayıb. Hər ikisi nəqliyyat vasitəsindən çıxan zaman Elnur avtomobilin saxlanc yerindən bıçağı götürüb qadına xəsarətlər yetirib. Hər iki çiyin nahiyəsindən yaralanan zərərçəkmişə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tibbi yardım göstərilib.

İş üzrə dindirilmiş Elnur Məhərrəmov bildirib ki, Gəncə prospektində yerləşən Yaşayış Kompleksində sahə rəisi işləyib. Kifayət İsayevanı həmin binada yaşayan sakin kimi tanıyıb. 2022-ci ilin martından aralarında səmimi münasibətləri yaranıb. Kifayət "Xalqlar Dostluğu" metrosunun yanında, Ticarət Mərkəzində mağaza icarəyə götürüb, qadın geyimləri satıb. Elnur Məhərrəmov sevgilisinin gündəlik xərclərini qarşılaması üçün onun bank kartına hər gün 400-500 manat pul köçürüb. Həftədə bir-iki dəfə Kifayətin evinə gedərək, gəcələri onunla keçirib.

Aprelin axırlarında Kifayət Türkiyədən qızıl gətirib sataraq yaxşı qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını deyib. Elnur ona şərikli bu işi görməyi təklif etdikdə, razılaşıb və 50 000 manat düzəldərək Kifayətə verib. İyunun ortalarında Kifayətə əlavə 25 000 manat da pul verib. K.İsayeva Türkiyəyə gedib və qadın geyimləri sifariş edərək, 3 gündən sonra geri qayıdıb. İyul ayında Sumqayıtda restoranda oturub yemək yeyərkən, Kifayətə iş görmək adı ilə verdiyi 75 000 manat puldan söhbət açanda, bu qadının xoşuna gəlməyib. Geri qayıdarkən sevgililər mübahisə edib, Elnur Məhərrəmov maşından enərək bıçaqla Kifayətin çiyin nahiyəsinə zərbələr endirib. Hadisədən sonra qadın şikayət edəcəyi təhdidi ilə Elnurdan müxtəlif məbləğlərdə pul tələb etməyə başlayıb.

E.Məhərrəmov məcbur qalıb 3-4 ay ərzində təxminən 80 000 manat pul tapıb, ona verib. Elnur Məhərrəmovun onu aldatdığını, başqa qadınla birlikdə olduğunu anlayan həyat yoldaşı Elnarə Məhərrəmova noyabrın 10-da ona Qubadlı Rayon Məhkəməsinin qətnaməsini göndərərək artıq boşandıqlarını bildirib. Həmin ərəfədə avqustun 1-dən noyabrın 13-nə qədər olan müddətdə E.Məhərrəmov dələduzluq edərək 14 nəfərə maddi ziyan vurduğuna görə onu artıq polis əməkdaşları da axtarmağa başlamışdı. Buna görə Elnur ümidini yalnız Kifayətə bağlamışdı.

Axırıncı dəfə qadın mənzilinə noyabrın 11-i saat 21 radələrində gedib. Gecəni birlikdə keçiriblər, səhər isə Kifayət evini satdıqdan sonra özünə "Toyota Land Cruiser" markalı avtomobil alacağını deyib. Halbuki, Elnur Kifayətin evi satdıqdan sonra onun borclarını bağlamağa kömək edəcəyini gözləyirdi. Kifayətə evini satıb, onun borclarını qaytarmaqda köməklik edəcəyi barədə vədini xatırlatdıqda, qadın belə söz vermədiyini bildirir. Elnur Kifayətin danışmasından, aqressiv cavablarından ona pul verməyəcəyini başa düşür. Hörmətini və ailəsini məhz ona görə itirdiyini bildirəndə, qadın "acizsən, sənin tayların heç evlənməyib, günah məndədir ki, sənin yanına gəlib-gedirəm" deyir. Bundan sonra Elnur televizorun yanında olan qırmızı rəngli qaz açarını götürərək Kifayətin baş nahiyəsinə zərbələr endirir. Vurduqdan sonra onu tutub, arxası üstə divana uzadır. Hadisədən sonra Elnur Məhərrəmov Masazır qəsəbəsində yaşayan xalası oğlu Vüsalın evinə gedib. Növbəti gün elə Vüsalın yaşadığı evdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Anket məlumatlarına əsasən, 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş Elnur Məhərrəmov əvvəllər məhkum edilməyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1394   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr