SSRİ-də edam edilən yeganə uşaq: Niyə ölümə məhkum edildi?

SSRİ-də edam edilən yeganə uşaq: Niyə ölümə məhkum edildi?Leninqradda (hazırda Sankt-Peterburq adlanır) 15 yaşlı Arkadi Neyland SSRİ-də ölüm cəzasına məhkum edilmiş yeganə yeniyetmədir. Bu hökm 1964-cü il martın 24-də məhkəmə tərəfindən çıxarılıb. Üstəlik, yeniyetməni dərhal edam etmək mümkün olmayıb, hökm yalnız həmin ilin avqustunda həyata keçirilib.

Musavat.com Neylandın hansı cinayətlərə görə belə bir cəza alması barədə "REN TV"nin məqaləsini təqdim edir:

Arkadi Neyland 28 yanvar 1949-cu ildə Leninqradda mexanik və tibb bacısı ailəsində anadan olub. Ondan əlavə, valideynlər daha üç uşaq böyüdürdülər. Ailə bir otaqlı mənzildə yaşayırdı. Ailədə normal gəlir olmadığından uşaqlar çox vaxt ac qalır, valideynlər isə əllərində olan qəpik-quruşları içkiyə xərcləyirdilər.

Arkadi 12 yaşında olanda oğurluğa görə məktəbdən qovulur. Anası onu internat məktəbinə göndərsə də, o, oradan da qaçır. Valideynlər Arkadini işə düzəltsə də, oğurluq səbəbindən bu, uzun sürmür.

Belə ki, Arkadi yoldan keçənləri qarət edir, dostları ilə birlikdə başqalarının mənzillərinə girir. 1964-cü il yanvarın 24-də onun dostu polis tərəfindən saxlanılaraq dindirilmək üçün şöbəyə aparılır. Ancaq Arkadi möcüzəvi şəkildə qaça bilir. Məhz bundan sonra o, intiqam üçün dəhşətli qətl törətməyə qərar verir. Arkadi bunun üçün ilk quldurluğunu etdiyi Sestroretskaya küçəsindəki 3 nömrəli evi seçir. Neyland kağız tullantılarını toplayırmış kimi davranaraq bütün mənzilləri gəzir və soymaq qərarına gəldiyi mənzilə baxır. Yanvarın 27-də (15 yaşı tamam olmamışdan bir gün əvvəl) Arkadi evdən balta götürərək Sestroretskayaya gedir. 9 saylı mənzilə zəng edərək özünü poçtalyon kimi təqdim edir. Ev sahibi Lyudmila Kupreeva yeniyetməni dəhlizə buraxır. O, evdə qadın və üç yaşlı oğlundan başqa heç kimin olmadığına əmin olur, radionu tam səslə açaraq mənzil sahibinə hücum edir. Yeniyetmə qadına balta ilə 15 zərbə vuraraq qətlə yetirir. Daha sonra Arkadi izi itirmək üçün körpəni də öldürür.

Bundan sonra Neyland mənzildə axtarış aparır, lakin qadının çox da zəngin olmadığı məlum olur. Mənzildə yalnız qızıl-zinət əşyaları və "Zorkiy" fotoaparatı olur. O, bundan istifadə edərək qətlə yetirdiyi qadının çılpaq pozalarda bir neçə fotoşəkilini çəkir və satmağı planlaşdırır.

Gedəndə isə izi itirmək üçün taxta döşəməni yandırır. Yanğınsöndürənlər məharətlə davranaraq, cinayətkarın barmaq izləri qoruya bilir. Bundan başqa balkonda gizlədilmiş balta da tapılır.

Arkadi yanvarın 30-da Suxumidə saxlanılır. Yeniyetmə öz günahını inkar etmir. Çünki cinayəti törədən zaman o, hələ 14 yaşında idi (SSRİ-də ölüm cəzası yalnız 18 yaşı tamam olanlara tətbiq olunurdu). Neyland müstəntiqlərə törətdiyi dəhşətli cinayətin bütün təfərrüatlarını danışır.

Dəhşətli qətl bütün Sovet İttifaqını qəzəbləndirir. Nəticədə, 1964-cü il fevralın 17-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti yetkinlik yaşına çatmayanların edam edilməsinə icazə verən qərar qəbul edir. 1964-cü il martın 23-də məhkəmə onu ölüm cəzasına məhkum edir. 1964-cü il avqustun 11-də Leninqradda 15 yaşlı yeniyetmə güllələnir.

Arkadi Neyland SSRİ-də edam edilən yeganə yeniyetmə idi. Sovet İttifaqının mövcud olduğu bütün illərdə yetkinlik yaşına çatmayanların heç biri eyni cəza ilə cinayət törətməyib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1366   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr