KİV: Yaponiya ABŞ-nin Ukraynaya davamlı yardımına görə müdafiə istehsalını artıra bilər
Yaponiya və Birləşmiş Ştatlar birgə müdafiə istehsal sistemini gücləndirməyə hazırlaşır, çünki Birləşmiş Ştatlarda istehsal gücü Ukraynaya davamlı hərbi dəstəyin artan təzyiqi altındadır.
"Report"un məlumatına görə, bu barədə "Yomiuri" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb.
Qeyd olunur ki, mövzu Yaponiyanın Baş naziri Fumio Kişidanın aprel ayında Vaşinqtona planlaşdırılan səfəri və ABŞ Prezidenti Cozef Baydenlə görüşü zamanı müzakirə olunacaq. Tərəflər hər şeydən əvvəl müdafiə müəssisələri arasında əməkdaşlığı gücləndirmək istəyirlər, çünki Birləşmiş Ştatlar Ukraynaya uzunmüddətli dəstək səbəbindən artilleriya mərmiləri və raket ehtiyatlarının tükənməsi ilə bağlı böhran hiss edir.
Bu baxımdan onlar Vaşinqtonun hazırda ən çox ehtiyac duyduğu müdafiə təyinatlı məhsulların siyahılarını razılaşdırmaq niyyətindədirlər. Xüsusilə, söhbət ABŞ-nin Ukraynaya tədarük etdiyi haubitsalar üçün komponentlərdən gedir. Bəzi sursat növləri də siyahıya daxil edilə bilər. Bu, ABŞ-yə öz təchizatını artırmağa və digər resursları Ukraynaya yardıma yönəltməyə imkan verəcək.
Bundan əlavə, Yaponiya və ABŞ səlahiyyətliləri yapon şirkətlərinin Amerika hərbi texnikasına müntəzəm olaraq xidmət göstərməsi və təmir edəcəyi sistemin yaradılması imkanını nəzərdən keçirir və bu məsələni qarşıdan gələn sammitin gündəliyinə daxil etməyi planlaşdırırlar.
Yaponiya ötən ilin sonunda müdafiə ixrac qaydalarını yüngülləşdirərək, ABŞ-yə "Patriot" raketdən müdafiə raketlərini və Böyük Britaniyaya 155 mm-lik artilleriya mərmilərini göndərməyə razılıq verib.
Yaponiya, ABŞ və Böyük Britaniyadakı müşahidəçilərin fikrincə, bu tədbirlər Ukraynaya dəstəyi gücləndirəcək. Yaponiyanın ixrac qaydalarının yumşaldılmasının özü təchiz edilmiş avadanlığın silahlı münaqişənin tərəfləri olan üçüncü ölkələrə təkrar ixracına imkan vermir, lakin Kiyevə yardım nəticəsində azalmış anbarlardakı ehtiyatları doldurmağa imkan verəcək. Bundan əlavə, məsələn, ABŞ Ukraynaya nəinki özünün "Patriot" raketlərini tədarük edə, həm də onları Avropadakı tərəfdaşlarına göndərə biləcək ki, onlar da öz silahlarını Kiyevə verirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 969 Tarix: 10 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabr"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29 sentyabr