Bakı və Sumqayıtda yaşayan ermənilər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi davam edir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni sakinləri könüllü surətdə Qarabağı tərk etdilər. Bəs Bakıda və Sumqayıtda yaşayan ermənilər Qarabağa köçürülə bilər?
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, müharibə və antiterror əməliyyatına qədər əsas müzakirə mövzusu o idi ki, ermənilər qalacaq və birgə yaşayışın təmin olunması idi:
"Təkcə Ermənistan yox, bütün dünya ölkələri bunun üzərində baş sındırırdı. Hətta bu tip hadisələrin analogiyaları axtarılırdı. Antiterror əməliyyatından sonra demək olar ki, ermənilər qalmadılar. Düzdür bir qədər sayları var. Amma böyük hissəsi könüllü surətdə Qarabağı tərk etdilər. Əgər onlar Qarabağda yoxdursa, birgə yaşayış və digər məsələlər ilə bağlı problemlərdə yoxdur. Əlbəttə ki, bunun üzərində düşünməkdə lazım deyil. Amma Qarabağa Bakıda və Sumqayıtda yaşayan ermənilərin qayıtması məsələsi düşünmürəm ki, baş versin. Onların onsuzda Azərbaycanda yaşayanların böyük hissəsi ad-soyadlarını dəyişdiriblər. Azərbaycanda 30 minə yaxın erməni var və biz onlardan kimisə belə tanımırıq. Çünki onlar bu addımı ataraq illərdir Azərbaycanda yaşayırlar. Onları hardansa Qarabağa köçürməkdə mümkün deyil".
Ekspertin sözləinə görə, kimisə milliyətinə görə Bakı və Sumqayıtdan çıxarıb, Qarabağa yerləşdirmək olmaz. Çünki real görünmür:
"Mən burada fərqli yanaşma demək istəyərdim. Qarabağda insanların sayını artırmaq, yaşayışı tam təmin etmək üçün təbii ki, keçmiş məcburi köçkünləri oraya yerləşdirmək lazımdır. Amma orada bir çox ərazilər var. Oradan qaçan ailələrin sayı ilə indi ki, ailələrin sayı da bir deyil. Xankəndi və digər ərazilər var ki, orada yaşayışı tam təmin etməyə ehtiyac yaranacaq. Hesab etmirəm ki, bu başqa bir millət üzərindən həyata keçiriləcək. Azərbaycanın elə rayonları var ki, içməli və təsərrüfat suyunu belə pul ilə alırlar. Yəni söhbət burada Aran rayonlarından gedir. Mən hesab edirəm ki, Qarabağın tam məskunlaşdırılması məsələsi təkcə qaçqınlar yox, bu tip kəndlərdən insanların köçürülməsi reallaşa bilər. Təklif oluna bilər ki, ev ilə təmin olunacaqlar və getsinlər yaşasınlar. Bu tip etmək mümkündür. Amma indiki məqamda Qarabağ ilə bağlı hardasa yaşayan erməniləri ora gətirməklə nə isə həll etmək olar. Bu Azərbaycana hazırda problem yarada bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrHansı rayonların icra başçısı yoxdur?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə
29 sentyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrBərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb
29 sentyabr