"Formula 1"ə ayrılan pulları mənimsədi - 1 milyonluq əmlakına həbs qoyuldu (FOTO)
2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Sonxeber.az Qafqazinfo-ya istinadən məlumatına görə, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.
Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.
Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
Təqsirləndirilən şəxs həbsdə deyil. Onun haqda istintaq dövrü müddətində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1349 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabrBakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib
29 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabr