Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasına hansı ərazidən başlayacaq? - AÇIQLAMA

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasına hansı ərazidən başlayacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiyası prosesinə Tavuşdan başlanmasını təklif edib. Eyni zamanda o, deyib ki, sülh müqaviləsi bağlanarsa, Ermənistan və Azərbaycanın bir-birinə qarşı beynəlxalq iddialarından qarşılıqlı şəkildə imtina etmək imkanı nəzərdən keçirilə bilər. Bəs Azərbaycan tərəfi Paşinyanın təklifinə cavab olaraq delimitasiya prosesinə başqa bir ərazidən başlamaq istəyə bilər? Eyni zamanda Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsi bu prosesə daxil ediləcək?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, sərhəd komissiyalarının iclası bir müddətdir keçirilir. Bazar günüdə bir görüş təşkil edildi:

"Sərhədlərin delimitasiya və demarkasiyasının haradan başlanması indiki məqamda o qədər əhəmiyyət kəsb etmir. Burada əsas məsələ prosesin başlanması və real işlərin görülməsidir. Komissiyaların görüşünü ümumi mənada müsbət adlandırmaq olar. Prosesə geniş baxdıqda 30 ilin ərzində bunların şahidi olmamışıq. Bu 30 il sonra ən real görülən işlərdir. Bu mənada pozitiv danışmağa dəyər. Paşinyan təklif edir ki, sərhədlərin delimitasiyası Tavuşdan başlansın. Açığı mübahisə ərazilər həmin bölgədə də var. Yəni prinsip etibarilə başlana bilər. Azərbaycan tərəfi Ermənistanın bu təklifini qəbul edib, delimitasiya işləri bitdikdən sonra fərqli bir istiqamətdə delimitasiyanın başlanmasını təklif edə bilər. Bütün bunlar qarşılıqlı razılaşmalar əsasında baş verən məsələlərdir".

Politoloq Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinə aydınlıq gətirib:

"Ümumiyyətlə bu məsələ iki ölkə arasında dövlət başçılarının yaxud nazirlər səviyyəsi, qeyri-rəsmi formatda danışıqlar ilə müəyyən edilə bilər. Dünya praktikasında anklav və eksklavlar ilə bağlı bir neçə yanaşma var. Bu yanaşmalardan biri qarşılıqlı ərazi mübadiləsi yaxud anklav və eksklavlardan qarşılıqlı şəkildə imtina edilməsi kimi məsələlərdir. Hər iki tərəf bu kimi təkliflər verməsə də, ən azı sözügedən istiqamətdə danışıqlar gedir. Azərbaycan tərəfi həmin kəndləri istədiyini bəyan edib. Hesab edirəm bu məsələlərin həlli tədricən zamanla yerini tapacaq. Bütün hallarda rəsmi görüşlərdə bu məsələ danışılır. Hazırda ortaq bir konsepsiya əldə edilməyib. Amma edilməyəcəyinə dair radikal açıqlamalar yoxdur. Bu baxımdan danışıqlar prosesində həmin məsələlərin həll olunacağına inanıram".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1076   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr