Bakıda xanım bağça müdiri oğurluğa görə saxlanılıb

Bakıda xanım bağça müdiri oğurluğa görə saxlanılıbAğdam rayonundakı uşaq baxçalarından birinin xanım müdiri oğurluq etdiyinə görə saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 AZN qarşılığında evində baxıcı kimi işləyib. Xanım müdir Elmiranın Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binadakı evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 795   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki

8 aprel
.

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, müvafi

8 aprel
.

Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO

Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsin

9 aprel
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd

8 aprel
.

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət var. Bu barədə -ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir. "Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım məniml

8 aprel
.

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill

8 aprel
.

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad

8 aprel
.

Qısqanclıq haradək "normal" sayılır? - AÇIQLAMA

Münasibətlərdə qısqanclıq çox zaman sevginin göstəricisi kimi dəyərləndirilir, lakin hər zaman bu davranış sağlam hesab edilə bilməz. İnsanların bir-birinə qarşı müəyyən səviyyədə qısqanclıq hissi olması normaldır, ancaq bu hissin ölçüsü və tezliyi münasibətin keyfiyyətinə ciddi təsir göstərə bilər

9 aprel
.

Keyfiyyətsiz məhsul alan vətəndaş hansı hüquqlara malikdir? - AÇIQLAMA

Gündəlik alış-veriş zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də keyfiyyətsiz və ya qüsurlu məhsulların satılmasıdır. Belə hallarda bir çox insan hansı hüquqlara malik olduğunu bilmədiyi üçün ya zərərə düşür, ya da hüququnu tələb etməkdən çəkinir. Bəs görəsən keyfiyyətsiz məhsul ala

9 aprel