Ana itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonu

Ana itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonuBaba Mikayılov 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşüb. Ailənin 9 uşağından biri olan Baba 22 yaşında olarkən könüllü olaraq müharibəyə qoşulub və bir daha geri qayıtmayıb. Onun doğmaları artıq 30 ildən çoxdur ki, Baba haqqında xəbər gözləyirdilər.

Sonxeber.az Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) istinadən xəbər verir ki, bu yaxınlarda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) davamlı səyləri və BQXK dəstəyi sayəsində ekskumasiya edilib və eyniləşdirilmiş insan qalıqlarından birinin Baba Mikayılova aid olması müəyyən edilib. Onun qalıqları ailəsinə təhvil verilib.

İtkin düşmüş şəxslərə aid insan qalıqlarının ailəyə təhvil verilməsi çox mürəkkəb bir prosesin sonuncu mühüm mərhələsidir. Bu proses özündə insan qalıqlarının axtarışı, çıxarılması və məhkəmə-ekspertiza müayinəsini ehtiva edir və əldə olunmuş bütün məlumatların müqayisəsi ilə yekunlaşır. Tapılmış insan qalıqlarından birinin Babaya aid olmasının müəyyənləşdirilməsi və onun ailəsinə təhvil verilməsi aidiyyəti hakimiyyət orqanlarının və BQXK-nın bu istiqamətdə gördüyü işlərin bəhrəsidir. Bu, eyni zamanda onun ailə üzvlərinin belə bir uzun proses ərzində göstərdikləri dayanıqlılığın bariz nümunəsidir.

Babanın bacıları Sənayə və Əsnayə kabus, göz yaşları və onun qayıdacağına bitməyən ümid içərisində keçirdikləri 31 ilin hekayəsini bizimlə bölüşürlər:

"9 il ərzində anam darvazanı bağlamadı. Deyirdi birdən qardaşım gələr. Otuz il Babadan bir xəbər olmasa da o, ümidsizliyə qapılmadı. Ailəmiz son 30 ili heç bir xeyir işə qatılmadı, gözümüzün yaşı heç vaxt qurumadı. 2014-cü ildə BQXK-nın əməkdaşları gəlib DNT nümunələri götürdülər. O vaxtdan bəri nəticələri gözləyirdik".

Onlar bir xəbər gözləyərkən, Babanın anası öz təqaüdü hesabına kəndlərinə yol çəkdirib, bu yolu öz itkin oğluna və onun bir gün evinə dönəcəyi ümidinə həsr etmişdi.

"Babanın qalıqlarının tapıldığı xəbərini öyrənəndə anamın ürəyində nəsə qırıldı"

Ailənin yeganə təskinliyi o idi ki, Babanın itkin düşməsinin gətirdiyi qeyri-müəyyənlik çözülmüşdü və onlar dəfn mərasimi keçirə, yas tuta, onun üçün dua oxuya biləcəkdilər:

"Babanın dəfn günü də anam dedi ki, heç kim ağlamasın, hamı mənə göz aydınlığı versin. Biz də istədiyimiz vaxt gedib Babanı ziyarət edə biləcəyimiz yerin olduğuna görə rahatladıq. Təəssüf ki, Babanın dəfnindən 20 gün sonra anamız dünyasını dəyişdi. O, 31 il sonra qovuşduğu övladının yanında torpağa tapşırıldı".

BQXK 30 ildən çoxdur ki, Azərbaycanın aidiyyəti dövlət orqanlarına itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsində fəal şəkildə dəstək göstərir. Bura təcrübəmizi bölüşmək, yerli potensialın artırılmasına dəstək olmaq və maddi-texniki yardım göstərilməsi daxildir.

Dövlət Komissiyası və BQXK-nın birgə təşəbbüsü ilə 1990-cı illərdən bəri itkin düşmüş şəxslərin qalıqlarının axtarılması, götürülməsi və şəxsiyyətinin müəyyənləşdirilməsi prosesində multidisiplinar yanaşma tətbiq edilməyə başlanmış, bununla da Azərbaycan hakimiyyət orqanları əhəmiyyətli bir mərhələ adlamışdır. Bu səylər imkan vermişdir ki, 30 ildən sonra ilk eyniləşdirmə nəticələri əldə edilmiş, 25 itkin düşmüş şəxsin qalıqları ailələrinə təhvil verilmiş və bununla da onlar üçün illərlə davam edən qeyri-müəyyənlik və iztiraba son qoyulmuşdur. Yaxın gələcəkdə daha çox eyniləşdirmə xəbərlərinin alınacağı gözlənilir.

BQXK öz Mərkəzi Axtarış Agentliyi vasitəsilə ailə əlaqələrinin qorunması və bərpa olunması, itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi və ailələrin ehtiyaclarının qarşılanması sahəsində qlobal səylərin əlaqələndirilməsində vacib rol oynayır. Nə qədər vaxt keçir keçsin, ailələrin doğmalarının taleyini öyrənmək hüququ var.
Ana itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonuAna itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonuAna itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1351   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr