Cavid Qurbanovun sədr olduğu zaman yaradılan ödənişli parkinq boşaldıldı - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan ərazidə - Bakının Nəsimi rayonu Puşkin küçəsində (Dövlət Dəmir Yol Xəstəxanasının qarşısı) yaradılan ödənişli parkinq də boşaldılıb.
Pravda.az xəbər verir ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən, artıq bu gündən metronun "28 May" stansiyasının qarşısı və Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə həyata keçirəcək. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.
Qeyd: Dövlət Dəmir Yol Xəstəxanasının qarşısındakı parkinq 2021-ci ildə yaradılıb. Həmin vaxt QSC-nin sədri Cavid Qurbanov olub. Hətta mətbuatda parkinqin ona məxsus olduğu iddia edilirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1700 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iki nəfər dəm qazından zəhərlərək öldü
Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c
8 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprelSabah güclü külək əsəcək
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz
7 aprelBinadan gələn pis qoxu acı gerçəyi ortaya çıxardı - VİDEO
Türkiyənin Edirnə şəhərində tək yaşayan yaşlı kişinin evindən yayılan pis qoxu faciənin üstünü açıb. türk mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzi rayonuna bağlı Meydan məhəlləsində yerləşən yaşayış binasında tək yaşayan 67 yaşlı Y.E.-dən bir müddətdir xəbər ala bilməyən qonşular mənzildə
9 aprelYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin
8 aprelQısqanclıq haradək "normal" sayılır? - AÇIQLAMA
Münasibətlərdə qısqanclıq çox zaman sevginin göstəricisi kimi dəyərləndirilir, lakin hər zaman bu davranış sağlam hesab edilə bilməz. İnsanların bir-birinə qarşı müəyyən səviyyədə qısqanclıq hissi olması normaldır, ancaq bu hissin ölçüsü və tezliyi münasibətin keyfiyyətinə ciddi təsir göstərə bilər
9 aprelSabah bəzi yerlərdə yağış yağacaq
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd
8 aprelAzərbaycanda internet kəsintiləri ilə bağlı yeni QAYDA
Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müvafiq tapşırıqlar verilib. Belə ki, ölkədə xidmə
8 aprel