"O dövrdə Şəfiqə xanımın özünə, bu gün isə ruhuna diqqətsizlik, hörmətsizlik edirlər"- Mərhum sənətkarın yaxını GİLEYLƏNDİ
"Bilirsiniz ki, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarıdır. O dövrdə Şəfiqə xanımın özünə, bu gün isə ruhuna diqqətsizlik, hörmətsizlik edirlər. Şəfiqə xanım 2-ci Fəxri Xiyabanda dəfn olunub. 10 ildir ora gedib-gəlirəm. 2-ci Fəxri Xiyabana nəzarət edən Sabir müəllimə də şikayətimi, gileyimi bildirmişəm. Şəfiqə xanımın qəbirüstü abidəsinin yan tərəfindəki divar pis gündədir, uçulub. Həmin müraciətimin üstündən 5 il keçib, hələ də bir xəbər yoxdur. Şəfiqə xanımın məzarının yanında heç kimin qəbirüstü o cür deyil".
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli bəstəkar Şəfiqə Axundovanın qohumu, bacısının gəlini Svetlana Nəzərli deyib. O daha sonra əlavə edib.
"Məzarın yanındakı torpaq sahəyə bir neçə dəfə gül əkmişəm. Güllər də quruyub. Çünki torpağı yaxşı deyil. O gün başqa qohumlarımız da deyir ki, o məzara niyə baxmırlar?! 10 ildir necə dəfn olunubsa, məzar da o gündədir. Şəfiqə xanımın məzarı da taleyi kimi oldu. Şəfiqə xanım həyatı çox sevən qadın idi. Diqqəti sevirdi! O pulu sevməzdi, mənəvi keyfiyyətlərlə xoşbəxt olurdu. Zəng edib ona deyirdilər ki, mahnıların əladır, gözəldir. Sevindiyindən az qalırdı ki, uçsun. İstəyirdi ki, onu unutmasınlar. Əbülfəs Qarayev Mədəniyyət Naziri olanda hər şey edirdi, yeni nazirimizi tanımırıq, bilmirik. Onlar özləri diqqət göstərməlidirlər. Sizin vasitənizlə Mədəniyyət Nazirliyinə də müraciət edirik. Bir məzarıdır, ona diqqət istəyirik" deyə sənətkarın bacısının gəlini deyib.
Qeyd edək ki, Şəfiqə Axundova 2013-cü ildə 2-ci Fəxri Xiyabanda dəfn olunub.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 849 Tarix: 13 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdə batan var
Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək
17 fevralYük maşınının altında qalaraq öldü
Xızı rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, fevralın 16-sı saat 13 radələrində Sitalcay kəndi ərazisində Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Durasan oğlu Həsənov yük maşınının altında qalıb. Belə ki, 63 yaşlı şəxs "Howo" markalı avtomobild
17 fevral"Delmar Residence"də 9800 manatlıq oğurluq
Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən "Delmar Residence" istirahət kompleksində oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kompleksdə evlərin icarəsini həyata keçirən şəxsin 9800 manat pulu oğurlanıb. Sonradan məlum olub ki, pulu zərərçəkmişlə bi
18 fevralƏli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. APA xəbər veri
16 fevralBakıda torpaq sürüşməsi oldu (VİDEO)
Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb. Qaynarinfo Xəzər TV-yə istinadən xatırladır ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib. Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır. Avtomobillə ərazidən mütəmadi keçən şəxslə
18 fevralNazirin müşaviri vəzifəsindən azad edildi
Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Oleq Əmirbəyov bir neçə gün əvvəl Akademik Rus Dram Teatrına direktor vəzifəsinə təyin edildiyi üçün vəzifəsindən azad edilib
17 fevralBakıda 23° isti olacaq
Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləy
18 fevral"Yuxa" restoranı bağlandı - Video
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən restoranda yoxlama keçirilib
16 fevral