Lui Bono Azərbaycana gəlir: Gözləntilər NƏLƏRDİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Ermənistandan sonra ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək. Səfər ilə bağlı hansı gözləntilər var?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlamasında bildirib ki, Lui Bono ABŞ-nin Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsidir. Cənubi Qafqaz regionu ilə öz fəaliyyəti, mandat ve prizması baxımından maraqlanır:
"Ona görə də tez-tez Lui Bononun bölgəyə səfərləri reallaşır. Onun səfərləri bu baxımdan başa düşüləndir. Eyni zamandan hesab edirəm ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin reallaşması ilə bağlı daha aktiv və fəal bir mövqe tuta bilər. Əfsuslar olsun ki, bu günə qədər ABŞ tərəfindən belə bir mövqe tutulduğuna şahidlik etməmişik. Adətən işğalçı və işğala məruz qalana eyni gözdən yanaşılıb. ABŞ-nin müxtəlif rəsmilərinin bölgə və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövqelərində həmişə yanlışlıqlar olub. Hər zaman qeyri-obyektivliklərə rast gəlmişik. Ona görə də, bütövlükdə dünyada özünü önəmli siyasi qüvvə hesab edən Amerika Birləşmiş Ştatlarından daha aydın mövqe gözləmək haqqımız var. Lui Bononun səfəri Azərbaycan-Ermənistan münasibətlərinin gələcək prinsipləri müzakirə etmək baxımından və əgər ABŞ bundan sonra prosesdə müsbət və obyektiv ala biləcəksə, irəli sürəcəyi şərtləri bilməyimiz baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, Lui Bononun bölgəyə səfərinin hansısa kordinal, köklü dəyişikliklərə səbəb olacağına gözləməkdə yersizdir".
Qeyd edək ki, İrəvanda keçirilən görüşdə tərəflər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1031 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabrNübar bu kanalda çalışacaq
Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabr