Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına ziddirsə, onda nə etməli?

Dünya ölkələrinin uzun illərdir ki, bu istiqamətdə əhəmiyyətli təcrübəsi var: valideynlər tərəfindən uşağın həyatına və sağlamlığına bilavasitə təhlükə yarandığı hallarda uşaq onlardan yalnız məhkəmənin qərarı ilə deyil, sosial işçilər tərəfindən də götürülə bilər.

Artıq bizim ölkəmizdə də bu təcrübə tətbiq ediləcək. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günlərdə keçirilən iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna edilən dəyişiklik buna əsas verir: uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranarsa, valideynlərindən alına bilər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Belə bir dəyişikliyin gündəmə gəlməsinin səbəbi nədir?

Vəziyyət bəzi ailələrdə uşaq zorakılığı ilə bağlı mənzərənin o qədər də yaxşı olmadığını göstərir. Təkcə Uşaq Qaynar Xəttinə olunan müraciətlər bunu deməyə əsas verir. Məsələn, əgər əvvəllər xəttə daha çox böyüklər müraciət edirdisə, indi uşaqlar telefon açırlar. Mərkəzin operatoru: "Hər gün Qaynar Xəttə zənglər olur. Bəzən gün ərzində bir neçə zəng daxil olur", - deyə sorğuya cavab olaraq bildirdi: "Həm paytaxtdan, həm də rayonlardan zənglər edilir. Telefon açanların çoxu qızlardır. Ailədə valideynləri tərəfindən müxtəlif zorakılıqlara məruz qaldıqlarını deyirlər".

Əslində, uşaqların hüquq və maraqlarının əks olunduğu müddəa bizim qanunvericilikdə var idi. 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları haqqında" qanun, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" əsasnamə, icra hakimiyyətlərinin nəzdində himayəçilik və qəyyumluq şöbələri, uşaq hüquqları üzrə QHT-lər uşaq hüquqlarına zidd hərəkətlərlə bağlı müvafiq siqnallar verirdilər. Ancaq bütün dünya ölkələrinin qanunvericiliyində illərdir yer alan qaydalar bizdə bir qədər "humanist"liyə köklənmişdi.

Uşaqlar dövlətin himayəsinə veriləcək

"Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını imzalayıb və ondan sonra "Uşaq Hüquqları haqqında" qanun qəbul edilib. Həm konvensiyada, həm də qanunda əsas prinsip ondan ibarətdir ki, uşaq hüquqları ilə valideyn hüquqları arasında ziddiyyət təşviq edilərsə, uşaq hüquqları üstün tutulur", - deyə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev bildirir: "Bu o deməkdir ki, hər bir dövlət orqanı, o cümlədən məhkəmələr uşaq hüquqlarını üstün tutmalıdırlar. Əgər uşağın hüquqları onların valideynləri tərəfindən pozulursa, təbii ki, dövlət orqanları bununla bağlı hərəkətə keçməlidirlər. Hətta deyərdim ki, bu qaydaların həyata keçirilməsi bir az gecikib. Əminəm ki, uşaq hüquqları bundan sonra daha da üstün formada qorunacaq". Hüquqşünas qanuna edilən dəyişikliyi son illər ailələrdə məişət zorakılığının daha çox baş verməsi ilə əlaqələndirir: "Zorakılıq siqnalları uşaqların hüquqlarının qorunmalı olduğunu daha ciddi gündəmə gətirir. Hər bir vətəndaşın da borcudur ki, törədilən və törədilə biləcək hüquq pozuntusu ilə bağlı lazımı instansiyalara məlumat versin. Əgər uşaq hüquqlarının qorunması ilə bağlı siqnal daxil olarsa, uşaq mənafelərinin üstün səviyyədə qorunması məqsədilə uşaq həmin ailədən alınacaq və dövlətin himayəsində olan orqanlara təhvil veriləcək".

R.Vəliyev Ailə Məcəlləsində də oxşar müddəaların yer aldığını bildirir: "Valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya hüquqdan məhrum edilməsi, hətta uşaqların alınması ilə bağlı maddələr var. Bu halda da qanun icazə verir ki, həmin uşaqların dövlətin himayəsinə verilməsi ilə bağlı addım atılsın. Yəni daha da böyük proseduralar keçmədən, məhkəməyə gedib çıxmadan müvafiq orqanlara elə səlahiyyətlər verir ki, ilkin araşdırmalar aparsınlar və məsələ ilə bağlı öz rəylərini versinlər.

Hüquqşünas hesab edir ki, bu dəyişiklik hazırkı mərhələdə problemin inzibati qaydada həllini nəzərdə tutur: "Biz indiyə qədər başqa ölkələrin təcrübəsində görürdük ki, sosial idarələr gəlib uşağı götürürdülər. Bu, bizim üçün təəccüblü olsa da, bütün dünyada tətbiq olunan qaydadır. Bu, ona yönəlib ki, valideynlərin hüquqları uşaq hüququndan üstün tutula bilməz. Bu məsələlərdə dövlət orqanları hər kəsin - valideynlərin, qohumların, qəyyumların və başqalarının hüquqlarını pozacaq. Uşaqların hüquq və maraqlarının qorunması məqsədilə bu addımlar atılacaq. Fikrimcə, bu, ailələr üçün siqnal olmalıdır".

"Valideynlər bundan sui-istifadə edirlər"

"Ümidli gələcək" təşkilatının rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, tüfeyli həyat sürən, zərərli vərdişlərə malik valideynlər olan ailələrdə uşaqların mənfi hallarla üzləşmələri, zorakılığa məruz qalmaları, təhsildən yayınmaları və s. ilə bağlı statistika ürəkaçan deyil: "Bu faktlar onu göstərir ki, qanuna dəyişiklik zəruridir. Bəzən təcrübədə erkən nikaha sövq edilmə, ailə üzvü tərəfindən cinsi zorakılığa məruz qalma, narkotik istifadəçisi olan valideynlərin uşaqlarına qayğı göstərməməsi kimi hallarla qarşılaşırıq. Qanunda dəqiq maddə olmadığından polis və ya sosial işçilər və QHT əməkdaşları müdaxilə edəndə yalnız valideynlə söhbət edir, reabilitasiyaya cəhd edir. Amma bu hallar nəticə verməyəndə biz ailədən uşağı götürə bilmirdik. Çünki qanunda bununla bağlı xüsusi maddə yox idi. Valideynlər də bundan sui-istifadə edirlər". K.Aşumovanın fikrincə, qanunda belə bir dəyişikliyin olması müsbətdir. Eyni zamanda, bunu tətbiq edən dövlət qurumları da vəziyyətdən sui-istifadə etməməlidirlər: "Biz ilk növbədə uşağın rifahı naminə valideynə reabilitasiya üçün şans verməliyik. Əgər o hallarda da valideyndə heç bir müsbət dəyişiklik baş verməzsə və uşağın həyatına təhlükə varsa, onun digər qohumu və ya qəyyumu ola biləcək şəxslərə verilməsi və ya dövlətin himayəsinə verilməsi həyata keçirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1013   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr