Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA
"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır".
Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib.
Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağa və özlərini təsdiq etməyə davam edirlər ki, bu da ailəyə mənfi təsir göstərir. Onun fikrincə, yalnız yaş ötdükcə tərəfdaşlar həyatdan nə istədiklərini anlamağa başlayırlar, bunun sayəsində nikahı uzun müddət qoruyub saxlamaq və boşanmanın qarşısını almaq üçün sabit perspektivləri yaranır.
Psixoterapevt əlavə edib ki, evlilikdən 32 yaşa qədər olan müddətdə hər il boşanma ehtimalı 11 faiz azalır. Bununla belə, onun sözlərinə görə, bu yaşdan sonra evliliyin ayrılıqla bitmə ehtimalı hər il beş faiz artmağa başlayır.
Yaşlandıqca insan daha inadkar və sərt olur. Həmçinin yaş ötdükcə bir çox insanlar uyğunlaşma və güzəştə getmək qabiliyyətini itirirlər.
"Ayrılıq travmasını yaşayan insanlar yeni münasibətlərə başlamaqda çətinlik çəkirlər. Belə vəziyyətlərdə, yeni tərəfdaş, etmədiyi əməllərə görə sözün həqiqi mənasında cəzalandırılır, məsələn, ona tamamilə etibar etməməklə. Sevdiyiniz insanı tapın, keçmişdə etdiyiniz səhvlərə görə onu günahlandırmayın və 32 yaşına kimi evlənin!" - deyə psixoterapevt yekunlaşdırıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1238 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr