Rekordu əldən vermək istəməyən qızıl və toyların azaldığı ay: Zinət əşyaları bahalaşacaq?
Ötən il dekabrın 4-dən bahalaşmaqda olan qızıl 2024-cü il martın 9-da rekord vurub - "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) bir troya unsiyası üçün 2 200 dolları ötüb.
Bir neçə gün keçsə də, nəcib metal yüksək səviyyədə dəyərini qoruyur, yəni azalma çox cüzi - 0,21% faizdir.
Maraqlıdır, qızılın qiymətinin yüksək səviyyədə qalmasının səbəbi nədir? Bunun Azərbaycan bazarına təsiri necədir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiymətinin uzun müddət azalmamasının səbəbi geosiyasi vəziyyətin stabil olmamasıdır:
"Dövlətlər bir-birinə sanksiyalar tətbiq edirlər. Bu səbəbdən mərkəzi banklar qızıl ehtiyatlarını artırırlar. Eyni hal vətəndaşlara da aiddir. Onlar da bazardakı qeyri-müəyyənlikləri görür və bu səbəbdən ehtiyat tədbiri kimi əllərindəki valyutanı qızıla çevirirlər".
Ekspert qeyd edib ki, əmtəə birjasından alınan məhsulun bazara gətirilməsi uzun müddəti əhatə etdiyi üçün birjadakı gündəlik dəyişikliklər bazara çevik təsir etmir. Burada son bir ilin yüksək qiymətlərinin təsiri daha çox olur.
İqtisadçı Rəşad Həsənov da bu fikirdədir ki, yaxın günlərdə ölkədə qızılın qiymətində ciddi dəyişiklik olmayacaq. Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, son günlərdə qızıl bazarlarında volatillik (bir şeyin qiymətinin dəyişkənliyini xarakterizə edən statistik maliyyə göstəricisi - red.) yüksəkdir:
"Qeyri-stabillik, qlobal iqtisadiyyatla bağlı risklər, sərmayədarların davranışları volatilliyin yüksək olmasına mühüm təsir göstərir. Azərbaycan bazarı qlobal bazarlara gec reaksiya verir. Yəni burada dövretmə sürəti zəifdir və həmin məhsulların idxalı ay ərzində bir və ya bir neçə dəfə olur. Buna görə də əmtəə birjasında olan cüzi dəyişikliklər bizim bazarda hiss olunmur. Yəni birja məlumatları, əsasən, qızılı xammal şəklində alanlar üçün əhəmiyyətlidir ki, lazımi məqamda onu ucuz qiymətə ala bilsinlər".
R.Həsənov əlavə edib ki, hazırda ölkənin qızıl bazarında aktivlik aşağıdır. Ramazan ayı olduğundan toyların da sayı azalır, buna görə də, onun fikrincə, bu passivlik yaxın bir ay ərzində davam edəcək.
Xatırladaq ki, hazırda Azərbaycanda qızılın bir qramının qiyməti 89,2 manat təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1182 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr