Qədim Bakı məscidləri: Qoçular onları hansı məqsədlər üçün istifadə edirdilər? - VİDEO

Qədim Bakı məscidləri: Qoçular onları hansı məqsədlər üçün istifadə edirdilər? - VİDEOBakı yarandığı ilk dövrlərdən dini mərkəz, müqəddəs şəhər olub. Elə "Bakı" adının "Allah şəhəri" mənasına gəlməsi də bu şəhərin müqəddəsliyini sübut edir. Təbii od qaynaqlarının üzərində qurulan şəhər təkcə Qafqazın deyil, Orta Asiya və Hindistan atəşpərəstlərinin də müqəddəs məbədi olub. Bu məbəd-şəhər illər keçdikcə "Müqəddəs odlar diyarı" kimi məşhurlaşıb.

VII əsrin birinci yarısında ərəblərin Azərbaycanı işğal etməsi ilə Bakıda xeyli sayda məscidlərin tikintisinə başlanıldı. Müqəddəs şəhər öz missiyasını bu dəfə İslam təbliğatı üzərindən davam etdirirdi. Bu məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisində salınırdı.

XIX əsrin əvvəlində rusların Azərbaycanı işğal etməsi pravoslav kilsələrinin tikilməsinə səbəb olmuşdur. 1815-ci ildə inşa olunmuş kilsəyə İsa Məsihin apostollarından olan Varfolomeyin adı verilir. Apostol Varfolomey xristianlığı yaymaq məqsədilə Kiçik Asiyanı gəzmiş, oradan Hindistana getmiş, sonda Bakıya gəlmişdir. Kilsəyə onun adının verilməsi heç də təsadüfi deyildir. Deyilənlərə görə, Varfolomey məhz Qız qalasının yaxınlığında bütpərəstlər tərəfindən öldürülmüşdür.

1895-ci ildə tikilmiş Bəylər məscidinin inşasında Bakı milyonçusu Murtuza Muxtarov şəxsən iştirak edib. Onun maliyyə dəstəyi ilə tikilən daha bir müqəddəs abidə Əmircanda yerləşən Murtuza Muxtarov məscididir. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.

Bakını Bibiheybət məscidi olmadan təsəvvür etmək çox çətindir. Məşhur şeirdə deyildiyi kimi: Bakı başlayır Bibi-Heybətin qara nəzir qutusundan... Məscidin adı yeddinci İmam Museyi Kazimin qızı, İmam Rzanın bacısı Həkimə xanım və onun qulamı Heybətin adı ilə bağlıdır. Rəvayətə görə, Həkimə xanım Ərəb Xilafətinin təqiblərinə məruz qalaraq vətənindən didərgin olur. O, öz qulamı Heybətlə birlikdə Səbayıldə, Şıx kəndi ərazisində məskunlaşıb. Yerli əhali Həkimə xanımın burda yaşamasını düşməndən gizlətmək məqsədilə onu "Heybətin bibisi" və ya "Bibi-Heybət" deyə adlandırıb. Hər iki şəxs uzun illlər burada yaşayıb, elə burada da dəfn olunublar.

Bibi-Heybət çox ilklərin şahidi olub: Hacı Zeynalabdin Tağıyev ilk quyunu burada qazdırıb, Xurşidbanu Natəvan Bibi-Heybəti ziyarət etdikdən sonra ilk övladı dünyaya gəlib. Aleksandr Düma Qafqaza səfəri zamanı Bakıda olarkən ilk Bibi-Heybət məscidini ziyarət edib. Bu məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında tikilib. SSRİ-də dinə qarşı mübarizə zamanı bu dini abidə 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılır. Buna baxmayaraq 1959-cu ildə rejissor Əlisəttar Atakişiyev "Bir qalanın sirri" filmində Simnar xanın sarayını təsvir edərkən Bibi-Heybət məscidinin maketini göstərir. Əvvəllər bir minarədən ibarət olan məscid, bərpa işlərindən sonra qoşaminarəli məscidə çevrilir.

Bakının ən məşhur ibadət yerlərindən biri də Təzəpir məscidi olub. Bu məscidin yaranması haqqında müxtəlif versiyalar var. Əvvəllər şəhər sakinlərindən biri Təzəpirin yerləşdiyi ərazidə su quyusu qazanda təsadüfən məzar aşkar edib. Dindarlar oranı ziyarət yerinə çevirib və "Təzəpir" adlandırıblar. Tarixçi Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" kitabında bu məzarı XIV əsrdə yaşayan və dövrünün görkəmli alimi Əbu Seyid Abdullaya aid edib.

Sara Aşurbəylinin yazdığına görə, Nabat Aşurbəyovanın oğlu həbs olunur, lakin ertəsi gün bəraət alaraq azadlığa buraxılır. Həbsdə qaldığı gecə yuxuda bir ağsaqqalı görür. Ağsaqqal ona deyir: "Sən günahkar deyilsən, səbirli ol, sabah azadlığa buraxılacaqsan. Bu müjdəyə görə Şeyx Əbu Səid məzarın yerində təzə məscid tik". Aşurbəyova oğlunun azad olunmasından sonra məscidin tikintisi ilə bağlı daha əvvəl bir neçə məscidin memarı olan Zivər bəy Əhmədbəyova müraciət edir. 1905-ci ildə yeni məscidin inşası başlanılır.

Nabat xanım bünövrə daşını qoymaq üçün Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Deyilənə görə, tikinti zamanı Aşurbəyovanın maddi çətinlikləri yaranır. Tağıyev ona yardım təklif edir, lakin Nabat xanım qəbul etmir. O öz mülkiyətini sataraq, məscidin tikintisini davam etdirir. 1914-cü ildə ibadət evinin inşası başa çatır. Layihənin son daşını da məhz Hacı Zeynalabdin qoyur.

1918-1920-ci illərdə Məscidlər daha çox siyasi məqsədlər üçün istifadə olunub. Mart soyqırımı zamanı Bakı Qoçuları şəhəri erməni daşnaklardan müdafiə etmək üçün məscidlərdə yığıncaqlar keçiriblər. Nəriman Nərimanov Aprel inqilabından sonra Bakıya gəlişi zamanı Məsciddə yığıncaq keçirib, əhali ilə söhbətlər aparıb.

Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2250-dir və onların 136-sı Bakıda yerləşir. Şiələrlə sünnilərin birlikdə namaz qıldığı Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının ifadəsidir. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1588   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr