Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: "Gecələr məndən xəbərsiz harasa gedirdi"

Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: "Gecələr məndən xəbərsiz harasa gedirdi"Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un məlumatına görə, Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə ilə sevgi münasibətlərində olmasından şübhələnib.

Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına gəlib. Bu məqsədlə İlkinin işlədiyi avtoyuma məntəqəsinə gəlib. Məntəqənin istirahət otağından götürdüyü bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə münasibətinin olduğunu etiraf etməsini istəyib. Məftun bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə vurub.

Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən maşınla tibb müəssisinə çatdırılıb və həyatı xilas edilib.

Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus "Mercedes" markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib. Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında ona 33 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həyat yoldaşını telefondakı səsə görə öldürüb:

"Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim. Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək qərarına gəldim.

Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi boynuna almadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin adını eşidib:

"Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin olub-olmadığını soruşdum. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə vurduğumu xatırlamıram".

Məftun bildirib ki, daha sonra evinə gedib və həyat yoldaşını öldürüb:

"Həyat yoldaşıma da neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yoldaşımı vuran vaxt uşaqlar həyətdə idi. Mən qapıdan çıxanda uşaqlarımız evə gəldi. Uşaqlar belə bir hadisənin olacağını bilmirdilər. Çünki onlar çöldəydilər.

Həyat yoldaşımı vurduqdan sonra evdən çıxmadım. Gördüm, atam gəlir. Daha sonra bacımgilə getdim, onlarla vidalaşdıqdan sonra polisə təslim oldum".

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, hadisədən üç-dörd gün əvvəl Məftun sözügedən səsyazısını ona qulaq asdırıb:

"Səhv etmirəmsə, 23 dəqiqəlik səsyazısı idi. Ona iki dəfə qulaq asdım. Məftuna dedim ki, burada qeyri-adi heç nə yoxdur. Yalnız televizor və uşaqların səsi gəlirdi. Həmin söhbətdən üç gün sonra avtoyuma məntəqəsinə getdim. Məftunla eyni avtoyuma məntəqəsində işləyirdik. Oraya daxil olanda gördüm ki, Məftun gecəni burada qalıb. O, gecə saat üçdə gəldiyini və burada qaldığını bildirdi. Biz səhər işə başladıq, Məftun həmin gün işləyə bilməyəcəyini dedi. İşləməsə də biz ona 10 manat verdik, getdi. Məftun getməzdən əvvəl ona növbəti gün anamla Bakı şəhərinə gedəcəyimi, işə gəlməyini bildirdim. O da etiraz etmədi, işə gələcəyini bildirərək getdi. Bir də gördük, Məftun velosipedlə bir az fırlanaraq geri qayıtdı".

İlkin qeyd edib ki, Məftun gəlib qonşusunun maşınını aparacağını bildirib:

"Ona dedik ki, içkilisən, maşını aparma. Məftun israr etdi. O, maşını avtoyuma məntəqəsindən üzü yola tərəf çıxardı. Maşının mühərrikini söndürmədən yanımıza gəldi. Oturduğum yerdə qəflətən mənə bıçaqla zərbələr endirdi. İş yoldaşımız Sadiq dayı qışqıraraq onun üzərinə gəldi. Məftun bir az aralandıqda vəziyyətdən istifadə edib yola qaçdım".

İlkin bildirib ki, yolda tanışına rast gəlib, onunla xəstəxanaya gedib:

"Hadisədən iki gün sonra eşitdim ki, Məftun həyat yoldaşını öldürüb. Məftunun həyat yoldaşını tanımıram, adını belə bilmirəm. Hadisədən əvvəl Məftun mənə heç nə deməmişdi. Sadəcə telefonu mənə verib bildirmişdi ki, burada başqa səslər var. Mən də kişi səsi yox, televizorun səsi olduğunu söylədim. O, bibisi oğlundan şübhələndiyini bildirdi. Onun mənə hansı səbəbdən xəsarət yetirdiyini bilmirəm. Səsdə mənim adım çəkilmirdi. Orada ancaq uşaq səsləri var idi".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məftun 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 862   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO

Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb. Məlumat -ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib. Qeyd olunub ki, 200-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanl

28 sentyabr
.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr