Azərbaycanda məktəblərdə qəbul imtahanları və ev tapşırıqları ləğv edilir? - AÇIQLAMA
Prezident Vladimir Putin hökumətə rus məktəblərində imtahanların sayını və şagirdlərin ev tapşırıqlarına sərf etdikləri vaxtın azaldılmasını təmin etməyi tapşırıb. Hökumət "ümumtəhsil proqramları üzrə şagirdlərin ahəngdar, balanslaşdırılmış və səmərəli təhsil və tədris (sinif və məktəbdənkənar) yükü" yaratmaq üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etməlidir. Bəs sözügedən qaydalar Azərbaycan m\əktəblərinə tətbiq edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanın istər ali təhsil müəssisələri bakalavr və magistr, o cümlədən orta ixtisas təhsili müəssisələrində keçirilən qəbul imtahanları dünyada ən çətin imtahan hesab oluna bilər:
"İmtahanın çətinliyi və elan olunması üçün qoyulan müddət ən uzun imtahanı müddəti hesab olunur. Yəni ən az 1 ay sonra imtahan nəticələri elan olunur. Bu ciddi şəkildə imtahan iştirakçılarında əlavə stress yaradır. Həmçinin 16-17 yaşlı uşaqlar üç saat ərzində üç müxtəlif fənndən ağır test tapşırıqlarına cavab verirlər. Bu da kifayət qədər uşaqların əlavə psixoloji sarsıntı keçirmələrinə gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları mütləq şəkildə şaxələndirilməlidir. Bu həm uşaqların əlavə stress yaşamasının qarşısını alır və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin valideynlərinin xərclərini azaldır. Buna görə də imtahanlar azalmalı və sadələşdirilməlidir. Orta ümumtəhsil məktəblərində keçilən KSQ və BSQ-lərin sayı kifayət qədər çoxdur. Dörd həftədən şagirdlər bütün fənlər üzrə KSQ və səkkiz həftədən bir BSQ imtahanlarına cəlb olunurlar. Bu da onların əlavə imtahan stresi yaşamasına gətirib çıxarır".
Ekspertin sözlərinə görə, şagirdlər bütün təhsilləri boyu müxtəlif növ qiymətləndirmə imtahanlarına cəlb olunur. Bu imtahanlar çox çətin və qəlizdir. Bu gün Azərbaycan şagirdi ancaq imtahanlara hazırlaşır. Şagirdlər vaxtlarını səmərəli keçirmir. İdmana getmir, kitab oxumur. Çünki bunları həyata keçirmək vaxt imkanları olmur. Bu ciddi problemdir:
"Azərbaycanda ev tapşırığı məsələsi mövcud qaydalarda yoxdur. Belə ki, 2008-ci ildə tətbiq edilən kurikulum standartlarına görə təhsilde ev tapşırıqları olmamalıdır. Amma müəllimlər şagirdlərin fənləri mənimsəməsi üçün bu üsuldan istifadə edirlər. Bir neçə köməkçi test vəsaitindən, iş dəftərlərindən istifadə edərək uşaqlara ev tapşırıqları verirlər. Ümumiyyətlə Azərbaycan məktəblisi ciddi şəkildə informasiya yükünün altındadır. Düzdür şagirdin oxumağı problem deyil. Amma hədsiz dərəcədə dərslərlə məşğul olması yaxşı nəticə əldə etməyə imkan vermir. Onlar bədii kitab oxumurlar, teatra getmirlər. Bu ciddi problemdir. Bizim tədrisin məzmun standartlarında yumşalmalar olmalıdır. Bu şagirdlərin fiziki və zehni inkişafına müsbət təsir göstərəcəkdir. Birmənalı şəkildə ev tapşırığı məsələsini dərsliklərlə əlaqələndiririk. Dərsliklər sadələşdirilməlidir. Onların informasiya yükü hədsiz çoxdur. Dərsliklər sadələşdikdən sonra, ev tapşırıqları məsələsi öz müsbət həllini tapacaqdır. Bu gün Azərbaycan şagirdinə bu dərsliklərlə təkcə attestat verməməlik. Bu vəsaitlərlə orta məktəbi başa vurmuş şagirdlərə elmi dərəcə belə vermək olar".
Xatırladaq ki, Rusiyada ev tapşırıqlarına, eləcə də onların bilik səviyyəsinin qiymətləndirilməsi üzrə fəaliyyətlərə sərf olunan vaxtın azaldılması yolu ilə şagirdlərin dərs yükünün dəyişdirilməsi təklif edilir. Hesabat dekabrın 1-dək prezidentə təqdim edilməlidir, baş nazir Mixail Mişustin məsul təyin edilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu